 
         
         
         
         
         
            


Erməni  falsifikatorlarının səyı nəticəsində Qərbi Azərbaycanda qədim dövrlərdən  mövcud  olmuş azərbaycan kədlərinin  adları itiriliq, qəbristanlıqları qağıdılır, tarixə təcavüz edilir. Bu baxımdan  aşağıda verilən siyahı ğələcək nəsillərin yaddaş kitabçası ola bilər. Siyahıda  1920-ci il noyabrın 29-da Ermənistan SSR, XX   əsrin sonunda Ermənistan Respublirası adlanan ərazinin sərhədləri  daxilində yerləşən və azərbaycanlılar yaşamış 650-dən çox kənd haqqında qısa məlumat  verilir. Burada göstərilən demoqrafik statistika  Ermənistan-Ararat respublikası  dövründə daşnak millətçiləri tərəfindən azərbaycanlılara qarşı dəfələrlə törədilmiş qenosid faktını təsdiqləyir.  Əhalinin sayına dair 1905-ci və 1914-cü illə 1931-ci il arasındakı fərq bu  soygırımın miqyasını göstərir.
Kəndlər Ermənistan  SSR-nin inzibati ərazi bölgüsünə əsasən, rayonlar üzrə təsniflənmiş və bu  rayonların Rusiya imperiyasının tərkibində hansı qəzalara aid olduğu qeyd  edilmişdir. Bu cür təsnifat Qərbi Azərbaycanda azərbaycanlıların kompakt  yaşadıqları ərazi haqqında tam təsəvvür yarada bilər. Qəzalar, rayonlar və kəndlər  üzrə qeyd olunan rəqəmlər rəsmi dövlət sənədlərindən götürülmüşdür. Ona görə də  rəqəmlərin mötəbərliyi şübhə doğurmamalıdır.
1831-ci il  qrafasında kəndlərin qarşısında rəqəm yoxdursa deməli, bu kəndlər 1804-1813-cü və 1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı,  xüsusilə, İrəvan üzərinə rus qoşunlarının  1804-cü il may, 1808-ci il, 1827-ci il 2 aprel hücumları zamanı dağıdılmışdır.  Bu kəndlər xeyli sonra bərpa olunmuş, azərbaycanlılar doğma yurdlarına  qayıtmışlar. 
Kitabdakı xəritəyə  diqqətlə baxdıqda aydın olur ki, dağıdılan kəndlər əsasən Abaran-Əştərək-Talin-Eçmiadzin-İrəvan;  Dağlıq Qarabağ-Zəngəzur-Dərələyəz-Martuni-Nor-Bayazet-Sevan-Axta-Kotayk-İrəvan  istiqamətlərində yerləşən kəndlərdir. Məhz rus goşunlarının hücumu istiqamətində  yerləşən bu kəndlərin əhalisi xeyli üstün qüvvələrə tab gətirə bilmədiklərindən  ev-eşiklərındən didərgin düşmüşlər.
1905-ci ildə əhalinin miqdarı qrafasında bəzi hallarda 1906-cı və ya 1907-ci il  rəgəmləri göstərilmişdir. Çünki qəzalarda siyahıyaalınma müxtəlif vaxtlarda  aparılmışdır.Xiisusilə, Zəngəzur və Şərur-Dərələyəz qəzalarının bir sıra kəndlərində  əhalinin sayı 1905-ci və 1914-cü illər üzrə eynidir. Yəqin ki,   məlum faciəli hadisələrlə əlaqədar məmurlar eyni rəqəmi təkrar etməyə məcbur  olmuşlar.
      Rus dilində Razdan, Aykaşen,  Ovanes kimi yazılan sözlər əlifbasında "h" hərfi olan erməni dilində  Hrazdan, Haykaşen, Hovannes yazılir. Azərbaycan dilində də “h” hərfi olduğuna  görə bu kimi adları əsli ilə eyni yazmışıq. 
Erməni əlifbasında  ö, ü, ə hərfləri yoxdur. Bu səbəbdən tərkibində bu hərflər olan Azərbaycan kənd  adlarının yanında  həm erməni, həm də rus  dilində təhrif olunmuş variantlaını vermişik. Məlumatda birınci sırada verilən  kənd adları 1831-ci ildən başlayaraq 1931-ci ilə qədər rəsmi sanədlərdə qeyd  olunduğu kimi verilmişdir. Mötərizədə müxtəlif variantlar, habelə Azərbaycan-türk  mənşəli kənd adlarının erməni adları ilə əvəz olunmuş variantıdır.
Bəzi adlarda  verilmiş qeyri-azərbaycan sözlərinin mənası budur: Verin-Yuxarı, Nergin-Aşağı,  Mets-Böyük, Pokr-Kiçik, Sufla (ərəbcədən) Aşağı, Ulya (ərəb) – Yuxarı  deməkdir.
“Rəsmi sənədlərdə kəndin  adı göstərilmir" yazdiğda onu bildiririk ki,  bu kəndlər 1926-cı və 1931-ci il əhalinin siyahıyaalınması  zamanı mövcud olmamış,  onların əhalisi  1918-1920-ci illərdə məhv edilmiş, kəndlər dağıdılmışdır.
Kəndə aid məlumatda  1931-ci il üzrə azərbaycanlı əhalinin sayı göstərilməyibsə, bu o dəməkdir ki,  o vaxta gədər  azərbaycanlılar bu kəndi tərk  etmişlər. Əgər kəndlərin adı dəyişdirilib erməniləşdirilibsə bu o deməkdir ki,  bu kəndlərdə artıq bütünlüklə ermənilər məskunlaşmışlar. Ermənistan SSR  rayonlarının sonradan erməniləşdirilmiş adları ilə yanaşı mötərizədə qədim Azərbaycan-türk  toponimləri, bəzi hallarda sovet dövründə verilmiş adlar  göstərilir. Mötərizədə 2 ad varsa, soldan sağa  axırıcı ad daha qədim toponimdir. Qəzaların adlarının yanında ona müvafiq Ermənistan  SSR-də  mövcud olmuş rayonun adı verilir.
A B C Ç D E  Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z
