 
         
         
         
         
         
            


Birinci Dünya  Müharibəsində Rusiya imperiyasının  məğlubiyyəti və sonrakl süqutundan başlayaraq təxminən   70 il davam edən müddəti əhadə  edir. Bu dövrü Sovet Ermənistanı, sonra Ermənistan Respublikası adlanan ərazidə  yaşayan azərbaycanlılar üçün sözün həqiqi mənasında soyqırım -genosid dövrü adlandırmaq olar.
Birinci dünya müharibəsində  Rusiya imperiyasının məğlubiyyəti, Romanovlar sülaləsinin  süqutu, Oktyabr çevrilişi Rusiya imperiyası  ərazisində yeni  milli dövlətlərin  yaranmasına şərait yaratdı. Məlumdur ki, 1918-ci il aprelin 22-də Zaqafqaziya  Seymi Zaqafqaziyanın müstəgilüyini elan etdi, həmin il mayın 26-28-də Seym ləğv  olundu. Azərbaycana, Gürcüstana, Ermənistana Sovet İttifaqı tərkibində respublika  statusu verildi. Bununla da keçmiş İrəvan xanlığının ərazisində təşkil olunmuş  Ermənistan SSR-də azərbaycanlı üçün yeni faciənin başlanğıcı oldu.
       Əgər İrəvan xanlığının zəbti və Çar  Rusiyasına birləşdirilməsi ilə başlanan və 1918-ci ilədək davam edən 90 illik  dövr azərbaycanlılar üçün fəlakət dövrünün başlanğıcından xəbər verirdisə, 1918  - 1988-ci illərdə davam edən  70 illik müddət Azərbaycan xalqı üçün həqiqi faciə, genosid dövrü kimi, erməni  hakim dairələrinin dövlət səviyyəsində həyata keçirdikləri soyqırım dövrü kimi  tarixdə qalmalıdır.     Ermənistanda çap olunan xəritələrdə indiki  İran, İraq, Suriya, Türkiyə, Zaqafqaziya ərazilərinin qədim Ermənistan ərazisi  kimi göstərilməsi də ekspansionist məqsədlərdən xəbər verirdi
M.Qorbaçovun  yenidənqurma siyasəti azərbaycanlılar üçün yenidənqırğın siyasətinə, yeni genosid  dövrünə çevrildi. Vaxtilə xalqlar dostluğundan gen-bol dəm vuran Ermənistanın  kommunist rəhbərliyi, Kreml igtidarı ətrafina toplaşan erməni mafiyası,  Stavropolun erməni işbazları M.S.Qorbaçovu ələ aldılar, onun razılığı və vasitəsi  ilə "Qarabağ problemini" ortaya ataraq ermənilər arasında şovinizm  psixozunu alovlandırmağa, azərbaycanlılara qarşı nifrət hissini dərinləşdirməyə  başladılar.
           Həmişə olduğu kimi, Birinci Dünya  Müharibəsi dövründə də Rusiyanın hakim dairələri erməniləra böyük dəstək və  etimad göstərir, həlledici cəbhələrdə, xüsusilə Türkiyəyə qarşı döyüşlərdə  onlardan geniş istifadə edirdi. Ermənilərin əsas marağı Rusiyanın Türkiyədən ələ  keçirdiyi əraziləri lrəvan quberniyasına qatmaq, bununla da "Böyük Ermənistan"  dövləti yaratmağa nail olmag idi..
          Hələ 1914-cü il səntyabrın əvvəllərində  İrəvan quberniyasında könüllü erməni birləşmələri təşkil olunmağa başlamışdı.  Qısa müddətdə 7 könüllü erməni polku təşkil olunmuşdu ki, müharibə ərəfəsində  onların tərkibində 6000 nəfərdən çox əsgər va zabit var idi. Bu birləşmələrə  müxtəlif vaxtlarda Andranik Ozanyan, Arşak Qafafyan, Vardan Mehrabyan, Hamazasp  Srvandzyan, Qriqor Avşaryan, Hayk Bjşkyan (Qay), Havsep Arğutyan komandanlıq  etmişlər. Umumiyyətlə, Rusiya imperiyasında yaşayan ermənilərdən 250 min nəfərdan  çox adam səfərbərliyə alınmışdı. Türklərə qarşı   erməni könüllülərinin gəddarlıqla vuruşmaları haqgında onlarca faktlar  vardır.
        Erməni birləşmələri üçün Moskvada,  Petroqradda, Bakıda, Tiflisdə maddi yardım toplanmağa başlamışdır. Təkcə  1915-ci ildə bu məqsəd üçün 1 milyon 444 min rubl vəsait toplanmışdı ki, bunun  1 milyon 20 min rublunu Rusiya imperiyasında yaşayan ermənilər yığmışdı (bax:  Erməni xalqının tarixi, VI cild, səh.548).
        Göründüyü kimi, ermənilərin taleyinə,  bu gününə va gələcəyinə aid olan bütün məsələlərdə onlar birləşir, yekdil cəbhədə  çixış edirlər. Son illərdəki hadisələr də bunu təsdigləyir. 79 il sonra  Bakıda, Sumqayıtda, Gəncədə, Stepanakertdə ermənilər tərəfındən  "Qarabağ" komitəsinə yardım üçün vəsait toplanması gözümüzün qarşısında  baş verən hadisə idi. 
        Məlumdur ki, Birinci Dünya Müharibəsində,  Türkiyə cəbhəsində məğlubiyyətə uğrayan Rusiya qoşunları türk qoşunlarına məğlub  olub, əvvəllər zəbt etdikləri əraziləri buraxıb geri çəkilməyə məcbur olublar.  Onlarla birlikdə döyüşən erməni könüllü birləşmələri də geriyə çakilərək iki əsas  istigamətdə İrəvana doğru hərəkət edirdilər. Birinci istiqamət  Qars-Aleksandropolidi ki, buraya toplanan birləşmələr iki hissəyə bölünmüşdür  və bu marşrutlarla Irəvana yollanmışdılar: Aleksandropol-Qurduqulu-Yuxarı  Qarxun-Uluxanlı və Aleksandropol-Talin-Əştərək-Eçmiadzin.
Erməni  birləşmələrinin seçdiyi ikinci istiqamət İqdir-Kerimarx-Yuxarı  Qarxun-Eçmiadzin-İrəvan idi. Cəbhədə daha da vəhşiləşmiş erməni əsgərlərinin məğlubiyyət  yolu əsasən azərbaycanlı əhali yaşayan ərazilərdən keçirdi. Türk əsgərlərinin zərbəsinin  dadını yadından çıxarmayan bhaşkəsənlər dinc azərbaycanlı əhalidən qisas almış,  yol boyu azərbaycanlılar yaşayan bütün kəndləri darmadağın edir, insanları  qılıncdan keçirir, evlərini talan edirdi. 
     İrəvana toplaşan müflisləşmiş şəhərdə  dolana bilmir,  kənd təsarrüfatı cəhətdən  inkişaf etmiş bölgələrə - Zəngəzur va Şərur-Dərələyəz qəzalarına doğru hərəkət  etməyə başladılar. İrəvan-Artaşat-Sədərək-Vedibasar istiqaməti ilə Dərələyəz  bölgəsinə, digərləri isə İrəvan-Kotayk-Dərəçiçək-Sevan-Nor-Bayazet-Martuni-Basarkeçər  istiqaməti ilə Zəngəzur və Şərur-Dərələyəz gəzalarına doğru üz tutdular.
