 
         
         
         
         
         
            


İkinci mərhələ həm də Erməni vilayətinin ləğvi və yeni  inzibati ərazi sisteminin təşkili ilə başlanan dövrdür. 1840-cı ildə Erməni vilayəti ləğv olunmuş, I849-cu il 19 iyun tarixli dekretlə  Irəvan quberniyası, quberniya tərkibində  isə mahallar  əvəzinə qəzalar təşkil edilmişdir. Bu tədbirlərdə  məqsəd idarəçilik üsulunu təkmilləşdirməklə  yanaşı, azərbaycanlıların əksəriyyət təşkil etdiyi əraziləri ermənilər  yaşayan ərazilərlə birləşdirib birincilərin təsir dairəsini azaltmaq, idarə aparatında ikincilərin nümayəndələrini yerləşdirmək, beləliklə, ərazini  yavaş-yavaş erməniləşdirmək  olmuşdur.
İrəvan quberniyası tərkibində aşağıda göstərilən qəzalar təşkil olunmuşdur:
1. Aleksandropol qəzası - buraya sonralar Axuryan-Artik, Ani, Qukasyan,  Qugark, Spitak  adlandırılmış rayonların əraziləri;
Qəzaların tərkibinin müasir  rayonlarla müqayisəli şəkilda verilməsində məgsəd azərbaycanlı  əhalinin o zaman bölgələrdə geniş miqyasda yerləşməsi barədə oxucuda  təsəvvür yaratmaqdır.
  Söhbət əsasən Sovet Ermənistanının əksər hissəsini təşkil etmiş Aleksandropol,  Nor-Bayazet, Şərur-Dərələyəz, İrəvan, Eçmiadzin qəzalarında yaşamış azərbaycanlıların  sayı barədə gedəcəkdir. Çünki Sürməli və Naxçıvan  qəzaları, Şərur bölgələri Sovet Ermənistanının  tərkibində olmamışdır.
  2-ci cədvəldə  1886-cı ildən 1917-ci ilədək İrəvan quberniyasının 5 qzasında əhalinin yerləşməsi, sayı,  demografık dəyişiklikləri haqqında məlumat verilir. Şəhərlərin əhalisi müvafıq qəzaların əhalisi tərkibündə göstərilmişdir.
  1877-78-ci illərin  rus-türk müharibəsində Rusiyamn qələbəsi, Türkiyənin bir sıra vilayətlərinin Rusiyaya  birləşdirilməsi İrəvan quberniyasında, habelə Zaqafqaziyanın bir sıra bölgəsində ermənilərin  yerləşdirilməsi kütləvi xarakter aldı. İrəvan quberniyasında ermənilərin xüsusi  çəkisi xeyli artmağa başladı.
  Bu ınüharibədə ermənilərin fəal iştirakı Rusiyanın qələbəsində mühüm rol oynadı. Ermənilər də  rus goşunlarının qələbəsinə çox böyük ümid bəsləyir, belə hesab edirdilər  ki, rus qoşunlarinın qələbəsi nəticəsində Türkiyə ərazisinin ermənilər  yaşayan bəzi əyalətləri Rusiyanın əlinə kəçəcək, bununla da  "Böyük Ermənistan" mifinin  reallaşması üçün şərait yaranacaqdır.
Onlar bu məqsədə çatmaq üçün hər vəchlə rus qoşunlarına yardım edirdilər. Belə ki, Tiflisdə, Yelizavetpolda, İrəvanda, hətta Bakıda, ermənilər yaşayan bölgələrdə nümayişlər keçirilir, "türk boyunduruğu” altında guya inliyən erməniləri “azad etmək üçün" könüllülər toplayıb rus goşunlarına yardım etməyə çağırırdılar.
Cədvəldəki rəqəmlərdən  göründüyü kimi, azərbaycanlıların xüsusi çəkisi yalnız Aleksandropol qəzasında  azlıq təşkil etmişdir. Bunun əsas səbəbi odur ki, Rusiyanın Türkiyəyə qarşı  apardığı nıüharibələr zamanı 98 kəndin azərbaycanlı əhalisi bölgəni tərk etmiş,  Qars, Ərdəhan, Ərzurum bölgələrindən ermənilər gəlib bu ərazidə məskunlaşmışlar.
Hələ 1877-1878-ci illərin  rus-türk müharibəsi başlamamış Zaqafqaziyanın müxtəlif bölgələrində könüllülərdən  ibarət səkkiz qoşun birləşməsi təşkil olunmuşdu. Onlar müharibənin ilk günlərindən  döyüşlərdə iştirak etməyə başlamışdı. Rus hərbi komandanlığı da ermənilərin  yardımına böyük ümid bəsləyirdi.
Aleksandropolda (Gümrüdə) yerləşən əsas qüvvənin komandanı M.T.Loris-Melikov idi. Bu birləşmənin tərkibində ilk aylarda 27434 nəfər erməni əsgər və zabiti, 92 top qurğusu var idi. Bu goşun birləşmələri Qars, Ərzurum istiqamətində hücum əməliyyatı aparırdı. Digər qoşun birləşmıəsinin qərargahı İgdirdə idi. İrəvan bölməsi adlanan bu qoşun hissələrinin komandanı da milliyyətcə erməni olan A.A.Ter-Qukasov idi. Bölmənin tərkibində 11675 nəfər əsgər və zabit, 32 top qurğusu var idi. Bu birləşmə Bayazet, Diyarbəkir, Ərzurum istiqamətində fəaliyyət göstərirdi. 4 istiqamətdə aparılan hücum əməliyyatından ikisinin komandanlığının ermənilərə tapşırılması Çar Rusiyası hakim dairələrinin onlara bel bağlamasını göstərən əsas faktlardan biridir. Ümumiyyətlə, Qafqaz cəbhəsində Türkiyəyə qarşı müharibədə 7 general (o cümlədən, M.T.Loris-Melikov, H.D.Lazarev, A.A.Ter-Qukasov, F.K.Alxazov, B.M.Şelkovnikov), 500 nəfərdən çox erməni zabiti fəal iştirak etmişdir. Məlumdur ki, Türkiyənin müharibə gedən bölgələrində yaşayan ermənilər Rusiya ordusunun zabitlərilə əlaqəyə girib türk qoşunları arxasında təxribatlar törədir, bələdçililk edir, rus qoşunlarının irəliləməsinə yardım göstərirdilər.
