 
         
         
         
         
         
            


Çar hakimiyətinin I828-ci  il 2I mart tarixli dekretilə Erməni vilayəti tərkibində İrəvan əyaləti  (provinsiyası), Naxçıvan əyaləti və Ordubad dairəsi, onların tərkibində isə  mahallar (nahiyələr) yaradılmışdır.
Bu mahalların təşkilində çay hövzələrinin əraziləri əsas meyar kimi nəzərdə  tutulurdu. Aşağıda verilən siyahının sağ tərəfində həmin mahalların ərazisinə  uyğun gələn Ermənistan SSR-in inzibati vahidləri göstərilir. Mahalların ərazisini  Sovet dövrünün inzibati ərazi bölgüsü üzrə xır‑
dalamaqla məqsəd keçmiş mahallarda və sonra yaranmış rayonlarda 
azərbaycanlıların yerləşməsi və sayı  haqqında ətraflı məlumat verməkdir:
1.Qırxbulaq mahalı ərazisində  -  Kotayk-Abovyan rayonu  
2.Zəngibasar mahalı ərazisində  -  Masis rayonu 
3.Gərnibasar mahalı ərazisində  -  Artaşad rayonu 
4.Vedibasar mahalı ərazisində  - Ararat rayonu
5.7. Dərəkənd- Parçenis  mahalı ərazisində -  Əştərək və Araqadz  rayonları 
6.Saatlı mahalı ərazisində -  Hoktemberyan rayonunun bir hissəsi 
7.Talin mahalı ərazisində -  Talin rayonu 
8. Sərdərabad mahalı ərazisində -  Hoktemberyan rayonu 
9.Karpibasar mahalı ərazisində  -  Eçmiadzin rayonu və Əştərək rayonunun      
     bir hissəsi
10.Abran mahalı ərazisində  -  Nairi (Abaran) rayonu 
11.Dərəçiçək mahalı ərazisində  - Hrazdan rayonu 
    12.Göyçay-Göyçə  mahalı ərazisində-Kamo,
       Vardenis, Martuni rayonları yaranmışdır.
13.Seyidli və Axsalı mahalı  - Əştərək, Talin, Abaran rayonlarının   
       həmsərhəd ərazisidir. 
14. Şərur mahalı  -  Naxçıvan MR (Sədərək rayonu) ərazisinə  düşür.
    15.Sürməli  mahalı - Araz çayının sağ sahili, hal-hazırda Türkiyə ərazisidir.
Naxçıvan əyaləti tərkibində 5 mahal, o cümlədən Dərələyəz mahalı təşkil  olundu ki, bu da sonralardan Şərur mahalı ilə birləşdirilərək  Şərur-Dərələyəz qəzası adı ilə İrəvan quberniyası tərkibinə daxil edildi.  Müasir  Yeğeqnadzor( əvvəllər Keşişkənd,  sonra Mikoyan) və Vayk (əvvəllər Paşalı, sonra Əzizbəyov) rayonlarının ərazilərinə  uyğun gəlir. Qəzanın Şərur bölməsi Naxçıvan MR ərazisinə düşdüyündən onun  haqqında müfəssəl məlumat verilmir. Bu yazıda söhbət yalnız Ermənistan SSR ərazisinə  daxil edilən bölgələr haqqında gedəcəkdir.
Çar Rusiyasının hakim dairələri qələbədən dərhal sonra ələ keçirtdikləri “qənimətin  inventarizasiyasını” - 183I-ci ildə ərazidə olan əhalinin siyahıya alınmasını  təşkil etdilər. 1 saylı cədvəldə İrəvan  xanlığı ərazisində daimi yaşayan azərbaycanlı və erməni əhalisinin sayı haqqında  183I-ci il üzrə  məlumatlar verilir. Ermənistan  SSR ərazisinə düşən ərazi nəzərdə tutulduğuna görə Naxçıvan, Sürməli və Şərur  mahallarının əhalisi buraya daxil edilməmişdir.
       Təkcə 1826-1828-ci illərin Rusiya-İran müharibəsi zamanı İrəvan xanlığı  ərazisində azərbaycanlılar yaşamış 420-dən çox kənd dağıdılmiş, bir çox kəndlərin  adları tarix səhifəsindən silinmişdir. Bu dağıdılan, əhalisi bütünlüklə məhv edilən  və didərgin düşən kəndlər İrəvan istiqamətində hücuma keçən rus qoşunlarının  yolu üstündə olmuşdur. Beləliklə, İrəvan şəhərinin zəbt edilməsi on minlərlə azərbaycanlı əhalinin məhv edilməsi həsabına başa gəlmişdir.
Təqribi həsablamalara görə, dağıdılmış kəndlərdə ən azı 30-40 min nəfər azərbaycanlı  əhali yaşamışdır. Tabiidir ki, ınüharibənin teatr məydanına çəvrilən ərazidə  qalan kəndlərdə də xeyli adam tələf olmuş, doğum azalmış, əhalinin xilas olmuş hissəsi  yurd-yuvalarını tərk edib başqa ölkələrə üz tutmuşdur. Bunlar da nəzərə alınsa  Rusiya tərəfindən ilhaq edilməsi ərəfəsində İrəvan  xanlığı ərazisində ən azı 130-150 min nəfər azərbaycanlı əhalinin yaşadığı aşkarlanır.
