 
         
         
         
         
         
            


Ermənistanın  müasir sərhədləri daxilində yaşayan azərbaycanlıların sayı 1926-cı ildəki 84,5  min nəfərdən artıb 1931-ci ildə 106,8 min, 1939-cu ildə isə 130,9 min nəfərə  çatmışdı. Təbii artım 1939-cu ildə 1926-cı ilə nisbətən 154,9 faiz, 1931-ci ilə  nisbətən isə 122,6 faiz təşkil etmiş, mütləq artım 12 il ərzində 56,4 min nəfəri  keçmişdi. Hər min nəfərə düşən ali təhsillilərin və alimlərin sayına görə erməniləri  üstələmişdilər. Həmin dövrdə ermənilərin təbii va mexaniki artımı müvafliq surətda  118,6 faiz və 102,2 faiz olmuşdu. Azərbaycanlıların xüsusi çəkisi 1926-cı ildə 9,5 faiz olduğu halda, 1931-ci  ildə 10,1 faizə, 1939-cu ildə isə 10,5 faizə çatmışdır. 
Bundan narahat olan  Ermənistan SSR-nin rəhbərliyi  azərbaycanlılar çoxluq təşkil edən  rayonlarda inzibati-ərazi bölgüsü aparmış, Dilican rayonu İcevan və Krasnoselsk  rayonlarına, Kalinino rayonu Kalinino, Stepanavan, Noyamberyan  rayonlarına bölünmüş, əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olan  Qarabağlar rayonu Vedi rayonuna, Amasiya rayonu Qukasyan rayonuna birləşdirilmişdir.  Zəngibasar rayonu Artaşat və Eçmiadzin  rayonları arasında bölünmüşdür. Beləliklə,  bu rayonlarda azərbaycanlıların xüsusi çəkisi azalmış, ziyalıların bu və ya  digər vəzifə tutmaq imkanları heçə enmişdir. 
Erməni millətçiləri SSSR-də keçirilən kolxozların  birləşdirilməsi, perspektivsiz kəndlərin ləğvi kampaniyasından  da azərbaycan kəndlərinə qarşı məharətlə istifadə edə bildilər. Kəndlərin bir qismi  "perspektivsiz" kimi gələmə verilərək ləğv edildi, ermənilər yaşayan  kəndlərlə birləşdirildi. Bunlar  Azərbaycan   məktəblərinin, mədəniyyət ocaqlarının bağlanmasına, milli  kadrların işsiz qalmasına və başqa yerlərə köçməsinə səbəb olmuşdur. 
  Stalin-Mikoyan-Beriya  üçlüyünün fitvasına əsasən 1947-1952-ci illərdə Ermənistandan 130 min nəfərə  yaxın azərbaycanlı əhalinin guya "könüllü surətdə" heyvan daşınan  üfunətli vaqonlarda köçürülməsi təşkil olundu. 
1948-ci il Ermənistanda yaşayan azərbaycanlıların  hayatında yeni faciələrin başlanğıcı kimi tarixdə həkk olunmalıdır. Stalin-Mikoyan-Beriya üçlüyü  Ermənistanda yaşayan azərbaycanlılara qarşı yeni genosid proqramının əsasını  qoydular. "Ermənistan SSR-dən kolxozçuların  və başqa azərbaycanlı əhalinin Azərbaycan  SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" SSRİ Nazirlər Sovetinin  1947-ci il 23 dekabr tarixli gərarı əsasında Ermənistanda  yaşayan 100 min nəfər azərbaycanlı ahali köçürülməli idi. Bununla 1948-ci ildən soydaşlarımızın ata-baba yurdlarından guya "könüllü"  deportasiyası başlandı. Qərarın 11-ci bəndində deyilirdi:  "Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı  əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların  boşaltdıqları tikililərdə va yaşayış evlərində xaricdən gələn erməniləri yerləşdirmək  üçün istifadə olunsun". Belə izah olunurdu ki, Ermənistanın kiçik ərazisində  xaricdən gələn erməniləri yerləşdirmək çətindir, və azərbaycanlıların köçməsi  ermənilərə göstərilən qardaşlıq münasibətinin təzahürüdür.
Qərbi Azərbaycan  torpaqlarında ermənilərin yerləşdirilməsi üçün SSRI Nazirlər Soveti 1945-ci il  noyabrın 21-də xüsusi qərar gəbul etmişdir. Bu qərarda xaricdən ermənilərin gətirilməsi  və Ermənistanda yerləşdirilməsinin bütün detalları nəzərdə tutulmuş, azərbaycanlıların  köçürülməsi xarici ermənilərin boşalan kəndlərdə yerləşdirilməsilə əsaslandırılırdı.  Sonralar aşkarlandı ki, əslində  bu kəndlərdə yerli ermənilər məskunlaşdırılmışdır. Deməli o zamandan  əsas məgsəd azərbaycanlıları qovmaq, erməni kəndlisinin yerini genişləndirmək  idi.  Boşalmış 200-dən çox kənddə  bir nəfər də olsun xaricdən gələn erməni yerləşdirilməmişdir. Ləğv olunan  Qarabağlar rayonunun bütün kəndlərinin ərazisi Vedi rayonundakı ermənilər  yaşayan kəndlərin mal-garası üçün otlaq yerinə çevrilmişdir. Martuni rayonu dağ  kəndlərinin erməni əhalisi Vedi və Artaşat rayonlarında, Ağın rayonu dağ kəndlərinin  erməni əhalisi Zəngibasar rayonunun Mehmandar və digər kəndlərində yerləşdirilmiişdir.  Yalnız İrandan köçüb gələn ermənilər üçün Eçmiadzin, Hoktemberyan, Artaşat  rayonlarında bir neçə sovxoz təşkil olunmuşdur.
Kommunist partiyasının təbliğat-təşviqat  maşını işə salınıb bu köçürməni belə əsaslandırmağa  cəhd göstərirdi ki, Ermənistandan köçürülən azərbaycanlılar Azərbaycanın geniş  və münbit torpaq sahələrində  maddi  durumlarını xeyli yaxşılaşdıra, mədəniyyət, təhsil sahəsində inkişaf edə biləcəklər.  Sovet Azərbaycanında məkrli erməni kələyini   heç kim dərk etməmiş, əksinə, Azərbaycandan onlarca rəsmi nümayəndələr,  o cümlədən Nazirlər Soveti sədrinin müavini, ziyalılar Ermənistana gedib azərbaycanlılarla  söhbətlər aparır, köçürməni Lenin-Stalin milli siyasətinin yeni bir təzahürü  kimi qələmə verir,  prosesi sürətləndirməyə  çalışırdılar.
Buna baxmayaraq bir sıra rayonlarda el ağsaqqalları  müqavimət göstərməyi bacarmışdır. Əhalisinin 90 faizindən çoxunu azərbaycanlılar  təşkil edən Basarkeçər rayonunda "köçürmə" ciddi çətinliklərlə garşılaşdı.  Rayon əhalisi köçürməni təşkil etmək üçün rayona gələn emissarlara deyirdi:  "Aramızda Şahdağı, o tərəfdə isə Kəlbəcər var. Niyə bu gədər əziyyət çəkib  bizi oraya köçürürsünüz? Yaxşı olmazmı ki, biz yerimizdə qalaq, sərhəddi bu tərəfə  - Göyçənin (Sevanın) ortasına çəkəsiniz?” Bu kimi gizli  müqavimətlərin təşkilatçıları Talıb Musayev, Tapdıq Əmiraslanov, Yunis Rzayevvə başqaları idi. Beləliklə, Basarkeçər rayonunda azərbaycanlılar  yaşayan 33 kəndin əhalisi yerindən tərpənmədi,1988-ci ilin deportasiya dövrünə  qədər bütün təzyiqlərə sinə gərdi.
Köçürməni sürətləndirmək üçün Ermənistan SSR-nin rəhbərləri  hətta rayonların məsul işçilərinə təzyiq göstərirdilər. Məsələn, Əzizbəyov rayonunun İcraiyyə Komitəsinin sədri  Yusif Abbasov və raykomun ikinci katibi Əziz Cəfərov Yerevana dəvət  edilmiş, oradan qayıtdıqdan dərhal sonra   Y.Abbasov Bakıya, Ə.Cəfərov isə Mir-Bəşir rayonuna köçmüşdürlər. Nə qədər  qəribə görünsə də onların vəzifədən azad edilməsi nə rayon partiya komitəsində,  nə də rayon Sovetinin sessiyasında müzakirə olunmamışdır.
Rayon əhalisinin  üçdə birindən çoxunun azərbaycanlı olmasına baxmayaraq bir gün ərzində rayon mərkəzində  vəzifə tutan bir nəfər də azərbaycanlı kadr qalmadı. Bunları görən azərbaycanlı  əhali köçkün yoluna üz tutdu.
Ermənistan  hökuməti köçürmənin təşkili zamanı belə bir taktika seçmişdir. İlk növbədə əhalisi  qarışıq olan, sonra münbit torpaqları və yaxşı   iqlim şəraiti olan kəndlərin azərbaycanlı əhalisi köçürülürdü. Qarışıq kəndlərdə  onların evinə dərhal həmin kəndin erməni əhalisi yerləşir, ev-eşiklərinə sahib  olurdular. Əhalisi bütünlüklə köçürülən kəndlərdə isə dağlarda yaşamış ermənilər  məskunlaşırdı. 
Məsələn, Əzizbəyov rayonunun mərkəzindən  10 km cənub-şərqdə, Əzizbəyov-Sisyan yolunun sağında, meşəli təpələrlə əhatə  olunmuş səfalı bir guşə - Cul kəndi vardı. Uzaqdan baxarkən kənd iri bir  amfiteatra bənzəyirdi, içindən büllur kimi bərq vuran şəffaf bulaq axırdı. Kənddəki  1X-XVI əsrlərə aid qəbiristanlıq buranın qədim türk tayfalarına məxsus olduğunu  sübut edirdi. 1831-ci ildə 25 evdə 117 nəfər, 1891-ci ildə 899, 1905-ci ildə  1222, 1931-ci ildə 960 nəfər azərbaycanlı əhalisi olmuşdur. 1931-ci ildə  1905-ci ilə nisbətən əhalinin azalması 1918-1920-ci illərdə ermənilər tərəfindən  törədilən soyqırımın nəticəsi idi. 1918-ci ildə əhali kəndi tərk etmiş, 1920-ci  ildən sonra geri qayıdmış, 1949-1950-ci illərdə Azərbaycana köçürülmüşdür.  İnsanları elə tələm-tələsik çixarmışdılar ki, hətta kolxoz sədri Rizvan Quliyev  əmək haqqına düşən taxılı belə apara bilməmişdi.    
Azərbaycanlılar köçürüləndən dərhal  sonra dağlıq Ağxaç kəndinin erməni əhalisi burada yerləşdirilmişdir. Cul kəndi  63°, 16', 45" uzunluq, 39° 39' 35" en dairəsində, dəniz seviyyəsindən  1885 metr yüksəklikdə, Ağxaç kəndi isə 63°, 05', 45" uzunluq, 39° 35',  57" en dairəsində, dəniz seviyyəsindən 1940 metr yüksəklikdə yerləşmişdir.  Beləliklə, daha yüksəklikdə yerləşən kənd əhalisi aşağıya - mimbit torpaqları  olan kəndə köçürülmüşdür.  Ermənistan SSR  Ali Sovetinin 1950-ci il 18 aprel tarixli fərmanı ilə Cul kəndi Artavan  adlandırılmışdı. Əhalinin köçürülməsi ilə yanaşı tarix də saxtalaşdırılmışdir.  Erməni mənbələrində Cul kəndini səciyyələndirən dəlillər Ağxaç kəndinin adına yazılmışdır.  Bu kimi saxtalaşdırma belə bir rəy yaradmaq üçündür ki,  guya 1950 ilə gədər Cül kəndində  azərbaycanlılar yaşamayıb.
Yeri gəlmişkən qeyd  edək ki, Ağxaç kəndində yaşayan ermənilərin əcdadları 1828-1829-cu illərdə  İranın Xoy va Salmast şəhərlərindən gəlmiş, əvvəlcə Söylən kəndində, sonra isə  əvvəllər azərbaycanlılar yaşamış Ağxaç kəndində yerləşdirilmişdilər. 1831-ci  ildə Söylən kəndində 14 ailəda 58 nəfər, Ağxaç kəndində isə 6 ailədə 37 nəfər  azərbaycanlı əhalisi olub. İrandan köçüb gələn ermənilərin Dərələyəz bölgəsində  yerləşməsi ilə əlaqədar bu kəndlərin azərbaycanlı əhalisi başqa kəndlərə  köçmüşdür.
Digər kəndlərin də  başına eyni oyunlar açılmışdır. Sovet Ermənistanında əvvəlcə 1918-1920-ci illər  azərbaycanlı əhalisi qovulmuş kəndlərin, sonra internasional adlananların  1948-1952-ci illərdə və nəhayət, əhalisi 1988-ci ildə qovulmuş bütün kəndlərın  adı dəyişdirilib erməniləşdirilmişdir. Buna həm Azərbaycan xalqına, həm də  tarixə qarşı təcavüzdən, genosiddən başqa özgə ad vermək olmaz.
Göründüyü kimi, Çar  Rusiyası dövründəki hadisələrlə Sovet dövrünün hadisələri bir-biri ilə üst-üstə  düşür. Yalnız bir fərqlə: Çar Rusiyası dövründə azərbaycanlılar ev-eşiklərındən  qovulur, yerlərində ermənilər məskunlaşdırılır, kəndlərin adı olduğu kimi qalır,  onların  milli mənsubiyyəti saxlanılırdı,  Sovet dövründə isə azərbaycanlılar qovulur, yurdlarında ermənilər məskunlaşdırılır,  kəndlərın adı dəyişdirilib erməniləşdirilir, tarix saxtalaşdırılırdı.
Azərbaycanlıların Ermənistandan yola salınması da ağrılı məsələlərdəndir. Ermənistandan köçürülənlər ev əşyaları,  mal-qaraları ilə birlikdə heyvan daşınan vaqonlara doldurulub İmişli,  Sabirabad, Saatlı, Beyləqan, Ağdaş, Göyçay, Zərdab, Ucar, Xanlar rayonlarına  doğru, Yerevan-Naxçıvan-Mincivan-Horadiz-Saatlı istiqamətində yola salınırdı.  Qızmar yay günlərində köçkünlərin nə dərəcədə əzab-əziyyət çəkdiklərini təsəvvür  etmək çətin deyildir.
Köçkün  karvanlarından birinin keçdiyi yolu nəzərdən keçirək. Basarkeçər, Nor-Bayazet,  Axta rayonlarından köçürülənləri Zəngibasar (Uluxanlı) dəmir yolu stansiyasına  toplayırdılar. Onların bir yerə yığılması, vagonların yüklənməsi azı 10 gündən  çox çəkirdi. Bundan sonra 30-40 vaqondan ibarət köçkün karvanı yola salınırdı.  Hərəkət elə planlaşdırılmışdır ki, köçkünləri daşıyan qatarlar iri dəmir yolu  stansiyalarından gəcələr keçirdi. Ona görə belə edirdilər ki, yerli əhali  köçkün soydaşlarının acınacaglı halını görüb narazılıq ətməsinlər.
Köçkünlərin İmişli,  Saatlı, Ucar, Ağdaş, Xanlar rayonlarına gedib çatması ən azı 10-15 gün çəkirdi. 
Əhali və mal-qara susuzluqdan,  aclıqdan xeyli əziyyət çakirdi. Mal-qara qızdırmadan tələf olurdu, qocalar və  uşaqlar arasında ölüm halları baş verırdi. Köçkün vaqonlarında doğulan uşaqlara  valideynləri Köçxanım, Köçəri adları verirdilər. Köçəri qədim zamanlardan,  Köçxanım isə Sovet dövrünün töhfəsi idi. Amasiya, Noyemberyan, Qafan, Sisyan,  Əzizbəyov, Mikoyan və başqa rayonlardan yola salınanlar da bu kimi  acınacaqlı vəziyyətlə üzləşirdilər.
Ermənistandan yola  salanlarla Azərbaycanda qarşılayanlar arasında lazımi əlagənın olmaması üzündən  gələnlər Azərbaycan rayonlarında da xeyli əziyyət çəkirdilər. Əksər hallarda qatarlar vaxtında mənzil başına çatmırdı, bu səbəbdən köçkünlər vaxtında garşılanmırdılar. Stansiyalar ətrafına  tökülmüş insanlar yeni əziyyətlərlə üzləşirdilər. 
1948-1952-ci illərdəki köçürmə zamanı köçkünlərin  yüzilliklərlə yaşadığı və yeni məskunlaşdığı ərazinin iqlim fərqi nəzərə alınmırdı.  Dəniz seviyyəsindən 2000 metr yüksəklikdə, dağlıq rayonlarında yaşayanların Azərbaycanın  aran rayonlarında yerləşdirilməsinə  haqq  qazandırmaq olmaz. Yerli şaraitə uyğunlaşa bilməyən köçkünlər Azərbaycanın müxtəlif  rayonlarına səpələnmək, hətta sonralar Ermənistana qayıymaq məcburiyyətində  idilər. Həmçinin  köçürülmə əsrlər boyu Ermənistanda  yaşamış əhalinin özünəməxsus adət-ənənələrinin də itirilməsinə gətirdi.
0 zaman Göyçə mahalında yaşayan, 1918-ci ildə Andranikin əməlləri  ilə üzləşmiş pirani qoca Şamo Vəliyevin "Mikoyanın qələmi Andranikin  qılıncından bətərdir" kəlamı geniş yayılmışdır. Şamo kişi deyirdi ki, “Andranikin qılıncindan xilas olunanlar ev-eşiklərinə qayıtdılar. Mikoyanın qələmi isə elə  hökm yazıb ki, bir daha buraların üzünü görə bilməyəcəyik. Görünür, daşnaklarla  Sovetlər bir şeydir: onlar gılıncla, bunlar isə pambıq sapla baş kəsəndirlər.”
     Xarici köçkünlərin içərisinə  soxulub gələn daşnak emissarları əvvəl gizlin, 1965-ci ildən sonra isə  açıq-aşkar antitürk təbliğatı aparırdılar.    Azərbaycanlıların respublikadan sıxışdırılıb çıxarılmasına yönəlmiş tədbirlər  davam etdirilirdi. Belə ki,  X.Abovyan  adına Ermənistan Dövlət Pədaqoji İnstitutunun azərbaycanlı şöbəsi bağlanıb  Bakıya köçürüldü. Bu şöbənin dil-ədəbiyyat,  tarix-coğrafiya, fizika-riyaziyyat fakültələri,  qiyabi təhsil bölmələrində  600 nəfərdən çox tələbə təhsil alırdı.  Yerevan Pedaqoji Məktəbi Xanlar şəhərinə  köçürüldü. Kənd Təsərrüfatı Texnikumu, sonra C.Cabbarlı adına Yerevan teatrı fəaliyyətlərini  dayandırdılar. Bu teatrda xüsusi dəsti-xətti və xidməti olan Əli Zeynalov kimi  görkəmli xadim yetişmiş, sonralar Azərbaycana köçmüşdür. 
     Xaricdən gələn erməniləri yerləşdirmək  üçün Yerevanda, Çarentsavan, Qaqarin kimi yeni şəhər və gəsəbələr salınmışdır.  Ərəbgir adlanan sahədə də yeni şəhər inşa  edildi və 70-ci illərdə Yerevanın tərkibinə daxil  olundu. Tikililər mebel və qab-qacaqla birlikdə  onlara pulsuz verilirdi. Xüsusi ev tikmək arzusunda olanlara kreditlər ayrılır,  az müddətdən sonra isə borcları silindi.
Azərbaycanlılar  köçürülmüş Təpəbaşı, Dəmirbulaq, Şəhər kimi qədim məhəllələrin sahələrində yeni  çoxmərtəbəli binalar ucaldıldı. Məlumat üçün qeyd edək ki, 1831-ci ildə Şəhər  məhəlləsində 3199 nəfər, Təpəbaşıda 2537 nəfər, Dəmirbulaqda isə 1595 nəfər  azərbaycanlı  yaşamışdır. 
Stalinin vəfatı "könüllü"  köçürməni müvəqqəti də olsa dayandırdı. Zavallı köçkünlərin  bir hissəsi ata-baba yurdları olan Ermənistana  doğru üz tutdu. Lakin yerli hakimiyyət organları onlann qoyub getdikləri evlərda  və kəndlərdə yerləşməyə icazə vemədi. Emənilər müftə yiyələndikləri ev-eşikdən əl  çəkmək istəmirdilər. Geri gayıdanların bir hissəsi, məsələn, Noyemberyan rayonundakı  Ləmbəli və Körpülü kəndlərinin əhalisi yeraltı daxmalar düzəldib orada  yaşamağa məcbur oldular. 
Zəngibasar  rayonundan olan köçkünlərin bir hissəsi geri qayıdıb ləğv olunmuş Həbilkənd və  Sarcalar kəndlərinin ərazisində toplaşdılar. Çətın təbii iqlim şəraiti olan bu  kəndlərdə ermənilər ınəskunlaşmamışdır. Respublika hökuməti boş qalan torpaqlardan  səmərəli istifadə etmək üçün M. Kalinin adına tərəvəzçilik sovxozu yaratdı.  Taleyin hökmünə bir bax! Azərbaycanlıların qovulub köçürülməsinin təşkilatçılarından  biri olan Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin(KP MK)  birınci katibi Q.A.Harutyunyan Mərkəzi Komitənin  1953-cü il  sentyabr plenumunda vəzifədən  azad edilib bu sovxoza direktor təyin olundu. Əhalisi bütünlüklə Azərbaycana köçüb  geri qayıdanlardan ibarət olan bu sovxoza rəhbərlik etdiyi müddətdə o, azərbaycanlıların  fədakar əməyinə heyran qaldığını dəfələrlə qeyd etmiş, onların köçürülməsinin  cinayət olduğunu sonradan başa düşdüyünü etiraf etmişdir. 
Bunlar tarixdir.  Tarix isə reallığın inikasıdır. Bu reallığı öyrənib nəticə çıxarmaq hər nəslin  borcu və vəzifəsidir. Lakin nə qədər gəribə görünsə də, hələ indiyə qədər  1948-1952-ci illərdə Ermənistandan Azərbaycana köçürülənlərin kəndlər üzrə sayı  və yerləşdirildikləri  yerlərin adları haqqinda  heç bir rəsmi məlumat dərc olunmayıb.
            1931-ci - 1959-cu illər arasındakı 28 il ərzində  azərbaycanlı əhalinin artımı demək olar ki  görünmür. Bunun səbəblərindən biri müharibə idisə, digər əsas səbəbi kütləvi deportasiya, antiazərbaycan  siyasətinin genişlənməsi olmuşdu. Əgər həmin 28 il ərzində azərbaycanlı əhalinin mütləq illik artımı lap az - 2,5-2,7 faiz olsaydı belə 1959-cu ildə sayı 235-240 min nəfərdən çox olardı.  Beləliklə, 1918-1920-ci illərdə Ermənistanda  yaşayan 260-280 nəfər azərbaycanlı məhv edilmiş, ya  qovulmuşdusa, 1948-952-ci illərdə 130 min nəfərdən çox  soydaşımız qədim yurd-yuvasından məcburi  köçürülmüşdür. . Bu rəqəmin reallıığı 1959-cu ildəki əhalinin sayı  arasındakı fərglə, hər il azərbaycanlıların illik artımının 3,0 faizindən çox olması ilə təsdiqlənir.
N.S.Xruşşovun hakimiyyəti dövründə Ermənistanda yaşayan azərbaycanlılara qarşı münasibətdə müəyyən sabitlik  yarandı. Bu dövrdə respublikanın stalinçi rahbərlərinə qarşı  kəskin və ədalətli  tədbirlər yerlərdə ekspansionist cəhdlərə müvəqqəti olaraq son qoydu.    Moskvada baş verən  hadisələri diqqətlə izləyib, bu ab-havaya uyğun olaraq siyasətlərində müəyyən  taktiki düzəlişlər edirdilər. 1965-ci ildən sonra müəyyən müddət pərdəarxası  oyunlar aparıldı,  1982-ci ildən ermənilər  yenidən açiq demarşlara başladılar.
1983-cü il aprelin  24-da Masis (Zəngibasar) rayon mərkəzində azərbaycanlıların toyuna erməni  ekstremistləri hücum edib məclisi dağıtmış, xeyli adama bədən xəsarəti yətirmişdilər.  Həmin gün qəsəbədəki azərbaycan qəbiristanlığı darmadağın edilmişdi. Bu  vandalizmə qarşı etiraz edərək azərbaycanlılar Ermənistan-Türkiyə sərhəddinə  toplanmış, mitinqlər keçirmiş,  Türkiyəyə  keçmələrini tələb etmişdilər. Yalnız bundan sonra rayonun rəhbərliyi bir gecədə  qəbiristanlığı bərpa edib əvvəlki vəziyyətinə qaytarmışdır. Moskvadan gələn  komissiya isə hadisəni məişət ixtilafi kimi qələmə verib geri qayıtmışdı. Heç  bir ciddi tədbir görülmədiyini hiss ədən millətçi qüvvələr öz çirkin əməllərıni  genişləndirirdilər.  Bu  hadisələr gələcək qırğınlar barədə azərbaycanlılara  mesaj idi.  İmkanı  olanlar yavaş-yavaş ata-baba yurdlarını tərk etməyə başladılar. 
Akademik  Ağanbekyanın 1987-ci ildə Parisdə “Yumanite” qəzetinə  Dağlıq Qarabağın Ermənistana birləşdirildiyi  və M.Qorbaçovun buna razılıq verdiyi barədə  müsahibəsi ilə yeni münaqişəyə start verildi. İttifaq hökumətinin gizli dəstəyindən   istifadə edən ermənilər, Dağlıq  Qarabağın, Naxçıvanın Ermənistana birləşdirilməsini, azərbaycanlıların  respublikadan çıxarılmasını tələb etməyə başlamışdılar. 1988-ci ilin  ortalarında Yerevandakı Teatr meydanında,  Leninakanda, Qafanda mitinqlərə ara verilmirdi.  SSRI-nin bayrağı tapdalanır, ermənilərin hərakatını tənqid etdiynə görə  "Pravda" qəzetinin çap olunmasına maneəçilik törədirdilər.
Tarix göstərdi ki,  M.Qorbaçov  səhlənkarlığının məkli səbəbləri olmuşdur.  Artıq o, ermənilər tərəfindən azərbaycanlılara   garşı törədilən cinayətin ruhlandırıcı və icraçısı rolunu da öz üzərinə  götürmüşdür. Məhz ona görə Sovet hakimiyyətinin hərəkətlərindən narazı olan Bakı əhalisinin   dinc nümayişini “şər imperiyasının” əsgərləri  qan dənizində boğdular. Məhz M.S.Qorbaçovun göstərişilə Stavropol diyarında  yaşayan hərbi mükəllafiyyətçi ermənilər Azərbaycana göndərilmişdi.  Bakıdakı 20 Yanvar gırğınını da rus generallarının göstərişi ilə onlar törətmişlər.  Təsadüfi deyil ki, məhz  20 Yanvar faciəsindən  sonra Yazov marşal ulduzuna layiq  görülmüşdür.
M.S.Qorbaçov xarici ölkələrlə "soyuq müharibəyə" son qoysa  da SSRİ-nin daxilində "qızğın müharibə"lər ocaqları yaratdı, millətləri  biri birinə qırdırdı. 
1988-ci ilin noyabr-dekabr  aylarında Ermənistanda yaşayan azərbaycanlı əhali doğma Oğuz elindən tamamilə qovulmuş və didərgin salınmışdır. Onların  sayı haqqında müxtəlif rəqəmlər gətirilir. Lakin apardığımız hesablamalar göstərir ki, 1988-ci ildə Ermənistanda  yaşayan azərbaycanlıların sayı 250 min nəfərdən çox ola bilərdi. Həmin dövrdə  Ermənistan əhalisinin mütləq artımı 2 faizdən çox,  azərbaycanlı və kürdlərın mütləq artımı isə  ildə orta hesabla 3,0-3,5 faiz arasında olmuşdu.Əgər illik orta artım 2,8-2,9 faiz  üzrə həsablansa belə 18 il ərzində mütləq artım 100 min nəfər olar, 1989-cu il ərəfəsində  azərbaycanlıların sayı 250 min nəfəri kəçərdi. Həm də həsaba almaq lazımdır ki,  Ermənistan vətəndaşı olan, ölkənin ali və orta  ixtisas məktəblərində oxuyanların, Sovet ordusunda qulluq edanlərin, ölkənin  müxtəlif bölgələrində müvəqqəti işləyənlərin əksəriyyəti qaçqınlar, qovulmuşlar  siyahısına daxil edilməmişdi.
      1988-ci ilin may ayında Ararat (Vedi)  rayonundakı Şirazlı kəndində yaşayan azərbaycanlıların evlərinə hücum edilmiş, əhali  kənddən govulmuş, Ermənistan-Türkiyə sərhəddinə yaxın Şiddi kəndindəki  zastavaya toplaşmışdı.
İyun ayında  Masis rayonundakı Sarvanlar, Nizami, Sayat Nova kəndlərində və Masis qəsabəsində  azərbaycanlılar yaşadıqları evlər basqına məruz qalmışdı. Bu kəndlərin 10 min  nəfərdən çox Əhalisi Rəncbər kəndindəki sərhəd zastavasına toplaşmışdı. Bir  küçədə 45 ev dağıdılıb yandırılmışdı. Amasiya, Quqark, Spitak, Qafan, Gorus,  Sisyan, Meğri, Yeğeqnadzor, Əzizbəyov, Vardenis rayonlarında bu cür dağıntılar,  əhalinin döyülməsi halları baş verirdi. Masis  Rayon Partiya Komitəsinin katibi Gülnarə Hüseynova iş yerinə buraxılmamış,.  Amasiya Rayon Partiya Komitəsinin birinci katibi İldırım Bağırov rayondan qovulmuşdu.
Sərhəd  zastavalarından verilən məlumatları, əhalinin saysız teleqramlarını Moskva  qulaqardına vururdu, 250 min nəfərə yaxın azərbaycanlının taleyinə biganəlik  göstərilirdi. 0 zaman bunun qəsdən edildiyini heç kəs ağlına belə gətirmir,  hökumətin zəifliyi kimi qələmə verməyə çalışırdılar. Ancag sonrakı hadisələr  göstərdi ki, bunlar Qorbaçov hökumətinin,  Sov.İKP MK Siyasi Bürosu siyasətinin ana xətti imiş. 
1988-ci ilin noyabr,  dəkabr aylarında Ermənistan rayon rəhbərləri azərbaycanlılar yaşayan kəndlərə  gedib əhaliyə qırğından gurtarmaq üçün Azərbaycana köçməyi məsləhət görürdülər.  Bunun üçün avtobuslar da təşkil olunmuşdu. Bundan sonra təşvişə düşən əhali erməni  sürücülərinin idarə etdikləri avtomaşınlar dolurdu, Onları xilasetmə adınan kənddən  çıxarıb birbaşa başkəsən "saqqallılar"ın yanına aparıb  qırdırırdılar.  Qaçıb xilas olunanlar  qarlı-boranlı dağ cığırları ilə Azərbaycanaüz tuturdular. Bu  cür vəhşiliklər ən çox Vardenis, Quqark, Spitak, Masis, Əzizbəyov, Amasiya  rayonlarında  baş verirdi. Nəticədə  229 nəfər həlak oldu. Onlardan Quqark  rayonunda 12 nəfər diri-diri yandırılmış, əksəriyyəti işgəncə ilə qətlə yətirilmişdi.
Beləliklə, 1989-cu  ildə əhalinin siyahıyaalınması ərəfəsində Ermənistanda (Meğri rayonundakı Nüvədi  kəndinin əhalisindən başqa) bir nəfər də olsa azərbaycanlı qalmamışdı. Nüvədililər  üç ilə yaxın erməni təcavüzünə sinə gərdi, 1991-ci il avqustun 8-də isə doğma  yurdlarını məcburi tərk etdilər.
Azərbaycanlıların kütləvi surətda qovulmasının təşkilatçısı  o zaman respublika Kommunist Partiyasr Mərkəzi Komitəsinin birınci katibi  Sergey Harutyunyan olmuşdu. 0, govulmanın planını müəyyənləşdirdikdən, lazımi  tapşırıqlar verdikdən sonra Moskvaya "ezamiyyətə" getmişdi ki, sonra  guya heç nədən xəbəri olmadığını deyə bilsin. O həmin S.Harutyunyan idi ki,  1965-ci ildə tələbələrin antiazərbaycan çıxışlarını təşkil etmişdi.. Qriqori  Harutyunyanın 1947-1952-ci illərdə başlayıb sona çatdıra bilmədiyi "köçürməni"  1988-ci ildə eyni familiyalı Sergey Harutyunyan qovulma ilə əvəz edib sona  yetirdi. 
Əsası daşnak  partiyası tərəfindən qoyulmuş etnik təmizləmə siyasətini Ermənistan Kommunist iqtidarı başa çatdırdr. Bunu dolayı yolla  da olsa Ermənistan KP Mərkəzi Komitəsinin 1989-cu il yanvar ayında qəbul etdiyi  qərar da təsdiqləyir.
Həmin qərarda  göstərilir ki, sabitliyi pozduqlarına, millətlərarası ədavətin qarşısını  almadıqlarına, fəaliyyətsizliyə və digər ganun pozuntularına yol verdiklərinə  görə  1988-ci il dekabr ayında 13 nəfər rəhbər  işçi Sov.IKP sıralarından xaric edilmiş, partiya, sovet və təsərrüfat  orqanlarının 24 nəfər rəhbər işçisi, rayon və şəhərlərin hüquq- mühafizə  orqanlarının 12 nəfər işçisi vəzifədən azad edilmiş, 68 nəfərə partiya töhməti  verilmişdi. Quqark Rayon Partiya Komitəsinin birinci katibi L.Bağdasaryan,  Quqark rayon Soveti İcraiyyə Komitəsinin sədri S.Kazaryan vəzifələrindən azad  edilmiş və partiya cəzası  almışlar.
Qərarda qeyd edilmişdir ki, partiya,  sovet və təsərrüfat organları çətın şəraitdə qətiyyətsizlik,  passivlik göstərmiş, prinsipial mövqedə durmamışlar. Stepanavan, İcevan,  Yeğeqnadzor, Quqark, Krasnoselsk, Ararat, Masis, Amasiya, Noyemberyan rayonlarında  vətandaşların konstitusiya hüquqlarinin kobud surətdə pozulması, şantaj və hədə  ilə müşaylət olunan intizamsızlıq halları baş vermişdi. Rayonda vəziyyəti  sabitləşdirmək və millətlərarası toqquşmaların qarşısını almaq üçün qəti tədbirlər  görmədiklərinə, insan tələfatı və azərbaycanlı əhalinin kütləvi surətdə köçməsini  təşkil etdiklərinə görə Stepanavan Rayon Partiya Komitəsinin birınci katibi  Y.Cşmarityana partiya işinə yazılmaq şərtilə şiddətli töhmət verilmiş,  Stepanavan Rayon Soveti İcraiyyə Komitəsinin sədri R.Mirzoyanın həmin vəzifədə  galması qeyri-mümkün sayılmış, şəxsi işinə yazıimaqla ona şiddətli töhmət  verilmişdi. Rayonda millətlərarası münasibətlərə siyasi rəhbərliyi təmin etmədikləri  üzündən azərbaycanlı millətindən olan əhalinin intensiv miqrasiyasına yol  verdiklərinə görə İcevan Rayon Partiya Komitəsinin birinci katibi C.Ananyana şəxsi  işinə yazılmaqla töhmət verilmiş, İcevan Rayon Soveti İcraiyyə Komitəsinin sədri  L.Ordmyana şəxsi işinə yazılmaqla şiddətli töhmət verilmişdir. Xalq təhsili  naziri, Sov.İKP üzvü S.Haxumyana şəxsi işinə yazılmaqla şiddətli töhmət  verilmişdi. Ermənistan SSR Daxili İşlər naziri U.Harutyunyana, Daxili İşlər  nazirinin müavinləri Q.Qriqoryana və Q.Qukasyana partiya cəzası verılmişdi.  (Bax: "Pravda" qəzeti, 17 yanvar 1989-cu  il).Göründüyü kimi, sənəddə azərbaycanlılara qarşı təcavüz faktları rəsmi təsdiqlənir. 
Bununla yanaşı qeyd  edirik ki,  qərarda dəfələrlə təkrar  olunan "millətlərarası ədavət", "millətlərarası toqquşma” məfhumları  həqiqi vəziyyəti ört-basdır etmək məqsədi ilə işlənmişdir. Çimki baş vərmiş  hadisələr rəhbər partiya, sovet organları tərəfından qızışdırılan və təşkii  olunan aksiya idi. Millətlərərası münaqişə dedikdə münaqişəyə cəlb olunan tərflərin  bir-birinə qarşılıglı surətda bildirdikləri iddia nəticəsində baş verən aksiya  nəzərdə tutulur. Ermənistanda yaşayan azərbaycanlıların ermənilərə qarşı heç bir  iddiası olmamışdır. 
Əgər Ermənistanda  baş vermiş hadisə millətlərarası münaqişə olsaydı, hər iki tərəfdən ölənlər, zərərçəkənlər,  ev-eşiyindən didərgin düşənlər olardı. Lakin Ermənistanda münaqişələrdən zərər  çəkmiş bir nəfər də erməni yox idi. Azərbaycanlılardan isə 229 nəfər qətlə  yetirilmiş, sağ qalanlar deportasiya olunmuşdur. Bunu dolayı yolla da olsa qərarda  göstərilən faktlar da təsdiqləyir.
Bu əsərdə azərbaycanlılann məruz galdıqları təcavüz və vəhşiliyin şərti mərhələlərə bölünmüş yığcam şərhi verilmişdir.  Birinci dövrdə azərbaycanlılar gəlmə ermənilər tərəfindən sıxışdırılmış, ikinci  dövrdə əhali qılıncdan keçirilmiş, üçüncü dövrdə isə  didərgin salınmışdır. İrandan və Türkiyədən köçürülmüş ermənilər İrəvan xanlığı ərazisində  yerləşdirilməsəydi  1905-1906,  1918-1920,  1948-1952-ci illərin faciələri  də olmazdı. Ümidvarıq ki, hər bir oxucu rəqəm və  faktlar əsasında müstəqil nəticə çıxaracaqdır.
