 
         
         
         
         
         
            


1907-ci ildə Bakıdakı erməni mədəniyyət ittifaqı tərəfındən  Sankt-Peterburqda S.Zavaryanın "Qarabağın igtisadi şəraiti və 1906-1907-ci illərin  aclığı" kitabı çapdan çıxmışdır. Burada 1905-1906-cı illərdə Qarabağda baş vermiş  hadisələrin səbəb və nəticələri şərh  olunmuşdur. Təsadüfi deyil ki, S.Zavaryanın kitabı Bakı erməniləri tərəfindən  tez-tələsik maliyyələşdirilmişdir ki,  uzaq Peterburqda məhz 1907 ildə, yəni  1905-1906-cı illlərin faciəsindən dərhal sonra işıq üzü görsün. Bu ermənilərin  azərbaycanlılara qarşı məharətli və çevik əkstəbliğatının  bariz nümunəsidir. Yəni məkrli düşmənlərimiz əsrlər boyu qanlı hadisələri  “isti-isti” təhrif etmiş,  öz  interpretasiyalarında millətimizə qarşı yönəlmiş tərzdə xaricdəki  ictimaiyyətə yeridməyi bacarmışdır. İlk  baxışdan bu kitab “obyektiv” görünsə də, erməni xisləti özünü büruzə verir, faciədə   tatarlar(yəni azərbaycanlılar)  təqsirləndirilir.  Erməni müəllif 1905-ci il Qarabağ hadisələrinin səbəbini aşağıdakı kimi səciyyələndirirdi: "1905-ci  ildə bütün Rusiyada yatmış xalqlar əsrlik yuxudan ayıldı, əldən düşmüş zəhmətkeş kütlə azad həyatın şirinliyni  dadaraq mübarizəyə qoşuldu, həmçinin  qarabağlılar da. Bu xalq  nədən narazı idi, hansı əsarət onlar üçün daha dözülməz və əzablı idi, hansı əsarətə qarşı mübarizə aparmaq asan idi. Təbii ki, onlar  istismarçılarına qarşı, erməni kəndlərində təkbətək yaşayan ögey "sahibkarlarına"  qarşı. Bu ona görə baş verdi ki, Varandın və Xaçenin  bir çox sakini Bakıda  öldürülmüşdü, orada ilk hücuma keçənlər tatarlar olmuşdu". Bu  iqtibasda yazılanın aq yalan olduğu məlumdur, lakin görürük ki, onlar artıq əsrin  əvvəlindən türk aləminə qarşı ardıcıl təbliğatın təməlini Rusiyada və başqa ölkələrdə  möhkəmləndirmişdirlər. İllər boyu ermənilər bu kimi böhtanları geniş yaymaqla uydurma "mets  yeğerni" (yəni “böyük qırğın”) haqqında geniş ictimaiyyətdə  oturuşmuş təsəvvür yarada bilmişlər.
Sovet dövründə də bu  iş öz önəmini itirməmiş, əksinə, genişləndirilmişdir. Ermənilər SSRİ-nin ən  nüfuzlu rəsmi nəşrlərində rəhbər vəzifələri tuta bilmiş və milləyçilik  maraqlarını qane edən məqalələr dərc etdirmişlər. Beləluklə də gələcək ərazi  iddiaları üçün əvvəlcədən“faktoloji baza” hazırlamışlar. Məsələn, 50-ci illərdə  Böyük Sovet Ensiklopediyasının elmi-redakaksiya şurasındaİ.Knunyantsın, Sovet  Tarixi Ensiklopediyasında A. İoannisyanın olması aşaqıda göstərilən  materialların ən etıbarlı məxəz sayılan ensiklopediyada dərc olunmasına imkan  yaratmışdı:"Oz mədəniyyət və dillərinə görə ermənilər dörd əsas qrupa  bölünürlər:
1) Ararat vadisi erməniləri, onların  dili müasir erməni ədəbi dilinin əsasını təşkil edir; 2) Şərq erməniləri (Zəngəzur,  Dağlıq Qarabağ, Lori, Qazax); 3) Qərb erməniləri (Böyük Ermənistan, Kiçik Ermənistan);  4) Cənub və Cənub-Qərb erməniləri (Vaspurakan, Taron, Sasun, Zeytun,  Kilikiya).(bax: Большая Советская Энциклопедия”, Второе издание, 1950,  том 3, стр.49). Əfsuslar olsun ki, bu kimi  ensiklopedik təhriflər çoxdur. Göründüyü kimi, hələ 1950-ci ildə inanılmış məxəzlərin  dili ilə israr olunur ki,  erməni dilinin  bir qolu Azərbaycanın qədim ərazisində - Zəngəzur, Dağlıq Qarabağ, Lori,  Qazaxda - formalaşmışdır. Bununla da həmin ərazilərin güya Ermənistana məxsus  olmasını göstərməyə çalışıblar. 
       Digər bir fakt. Erməni Sovet  Ensiklopediyasında Müsavat partiyası haqqında verilən  materialda deyilir: "Azərbaycanda müsavatçıların və Ermənistanda  daşnakların hakimiyyəti dövründə (1918-1920) iki ölkə  arasında münasibətlər ciddi surətda kəskinləşmişdi.  Ərazi ixtilafları üzündən silahlı toqquşmalar baş verdi. Azərbaycanın müsavatçı hökuməti öz silahlı  qüvvələrinin 34-nü Ermənistanla sərhəd rayonlarında mərkəzləşdirdi. Azərbaycanda  erməni əhalisinin gırğını, talanı baş verdi. Qarabağda  1920-ci ilin yazında Şuşa xarabalıqlara çevrildi, bir çox erməni kəndləri  yerlə-yeksan oldu, əhali məhv edildi".
Əslində isə Ermənistanda daşnakların hakimiyyəti dövründə (1918-1920-ci illər)   280 min nəfərə yaxın azərbaycanlı  qırğına mərüz qalıb.  1916-cı ildə  Zəngəzur qəzasının kəndlarində 52612 nəfər azərbaycanlı əhalisi olduğu halda,  1926-cı ildə orada cəmi 5634 nəfər azərbaycanlı geyd olunub. 10 ildə azərbaycanlıların  10 dəfə azalması əlbəttə ki, qırğın və talanın təzahürüdür.  O zaman Qarabağda azərbaycanlılar yaşayan kəndləri  kim viran qoyub?  Əlbəttə  daşnaklar. Bunu biz yox, tarixi faktlar sübut edir. 
       Lakin ermənilər  ildən ilə yalanlarının miqyasını genişləndirir və yeni təbliğat  texnologiyalarına əl atırlar. Hovhannes Melkonyanın "Yaddaş sahəsi"  kitabı buna misal ola bilər. 512 səhifədən ibarət olan bu təhrif toplusu  1987-ci ildə, cəmi  3 ay müddətində yığılıb, çap olunub satışa buraxılmışdır. Kitabda 1915-ci  ildə Türkiyədə guya baş vermiş erməni qırğını şahidlərindən  353 nəfərin 1916, 1917, 1918, 1919-cu illərdə Karendən,  Vandan, Muşdan, Yerznkadan, Xnusdan, Qarsdan, İqdirdən, Zmyurnadan,  Trabzondan, Ayntapdan, Ter-Zordan, Berkridən,  Sarıqamışdan, Yerevandan, Aleksandropoldan, Qüdsdən  qohum-əqrabalarına göndərdikləri, lakin  ünvanına çatmayan məktubları verilmişdir. Müəllifin  göstərdiyinə görə, guya bu məktublar Birınci Dünya Müharibəsi zamanı almanlar tərəfindən batırılmış Amerikanın, İngiltərənin, Fransanın sualtı gəmilərindən tapılmışdır. Onları Petros Tonapetyan adlı  erməni toplayıb,  1922-ci ildə çoxaldıb  yaymışdır.
Bu məktublar əsasında  müəllif türklərin guya ermənilərə qarşi etdiklərinin siyahısını oxucuların diqqətinə  çatdırır. Buna bənzər kitabların əsrin 80-ci illərində çap olunması türklərə  qarşı nifrət hissini alovlandırmaq məqsedini güdürdü. Erməni millətçiləri bədnam  "Qarabağ probleminini" öz maraqlarına uyğun həll etmək üçün məhz millətçilik  psixozuna bel bağlayırdılar.
Kitabda 1915-ci il  hadisələrinin dəhşətli mənzərəsini verməklə əslində müəllif  türklərə   bu cür işkənçələr verməyə çağırır. 80-ci illərin millətimizə qarşı  soyqırımını xatırlayanda görürsən ki, bu kimi kitablardan erməni millətçiləri vəhşilik  dərslərini yaxşı mənimsəmişdir. Kitabdakı hadisələri Qarabağda baş vermiş real  vandalizm  faktları ilə tutuşduranda  gözünün qabagında qarll-palçıqlı dağ cığırları ilə  sürünən azərbaycanlı uşaqlar, qadınlar, beli  bükülmüş qocalar, Tanrıdan imdad gözləyən körpələr, Ermənistanın Quqark  rayonunda iri diametrli dəmir borulara doldurulub diri ikən betonlanan körpələr,  dönan insanların məsum çöhrələri canlanır.
Azərbaycan xalqı "qana qan" fəlsəfəsini həmişə rədd etmişdir. Hətta  azərbaycanlı mütəxəssislər milli münaqışəyə baxmayaraq 1988-ci ildə Ermənistanda  baş vermiş güclü zəlzələdən zərərçəkmişlərə kömək üçün oraya yollanmış və təyyarə  qəzasında həlak olmuşlar.  Bu da  xalqımızın  humanistliyinin, mənəvi  kübarlığının təzahürüdür. 
Azərbaycanlılara qarşı 1905-1906-cı, 1918-1920-ci və  sonrakı illərdə törədilmiş soyqırımların 353 yox, ondan 100 dəfə çox şahidlər də,  kifayət gədər rəsmi arxiv materialları, sənədlər də mövcuddur. Xüsusi qeyd etməliyik ki, M. Ordubadinin “Qanlı illər” əsəri məhz soyqırım şahidi olmuş yüzlərlə azərbaycanlıların məktubları əsasında yazılıb. Amma nə yazıq ki, sovetlər dövründə faktlarla zəngin olan bu kitab yasaq edilib! Ermənilər isə məhz Azərbaycan yazıçısının əsərinin fabulası üstündı qondarma məktublaq toplusunu yapıblar! 1988-ci il  faciəlı olaylarından dərhal sonra da tutarlı dəlilləri ümumiləşdirib "Yaddaş sahəsi"  kimi sənədli toplunun hazırlanıb çap olunmasına girişən, qabağa düşən olmayıb.  Söhbət başqa xalqlara və millətlərə qarşı nifrət hissi alovlandıran saxta ədəbiyyatdan getmir. Söhbət ondan gedir ki, zamanında  erməni kimi sayıq və məkrli düşmənlə informasiya müharibəsində biz xeyli vaxt  itirmişik:   millətlərarası münasibətlər düzgün işıqlandırılmayıb, keçmişin  ziddiyyətlərinə həqiqi, əsaslandırılmış giymət  verılməyib, kimin kim olduğu sənədlərin dili ilə tam açıqlanmayıb... 
Fəlakət təbiətin qəzəbi, faciə isə insan əməlinin nəticəsidir. Bir çox sivilizasiyaların, ölkə və xalqların süqutunun  əsas səbəbi yersiz arxayınçılıq və  sayıqsızlıq olub. Nə yazıq ki,erməni millətçiləri tarixi faktları öz  xeyirlərinə saxtalaşdırdığı halda, o zamanın Azərbaycan alimləri, partiya  xadimləri, ziyalıları Kremlin qəzəbindən qorxaraq ehtiyatlı davranıb, həqiqəti deməkdən çəkinib, hələ erməniləri  yüksək vəzifələrə çəkiblər. Azərbaycan Sovet Ensiklopediyasının  materiallarından  belə çıxır ki,  daşnaklar bir nəfər də  azərbaycanlının  xətrinə belə dəyməyib! Azərbaycan Sovet  Ensiklopediyasında (Bax: III cild, soh. 353, 354) Daşnaksutyun  partiyası haqqında verilən məqaləyə diqqət yetirək. 109 sətirlik  materialda Daşnaksutyun partiyasınin tarixi haqqında  ümumi mülahizələr yürüdülür, onların Azərbaycanda törətdikləri qırğın, talan haqqında isə bir kəlmə  də olsun danışılmır. Müsavat partiyası haqqında verilən 103 sətirlik  materialdan belə çixır ki, 1918-1920-ci illərdə Zaqafqaziyada  baş vermiş bütün hadisələrin baiskarı və təşkilatçısı Daşnaksutyun yox,  Müsavatdır!. İki məqalə, iki fərqli münasibət. Ermənilər  millətini türk xalqlarına qarşı sayıq və mübariz olmağa səsləyir, Sovet Azərbaycanının  alimləri isə daşnakların cinayətini   Müsavatla bağlayır, həqiqəti gizlədir, bununla da millətinin sayıqlığını  kütləşdirir. Gəlin etiraf edək ki, məğlubiyyətlərimizin əsas səbəblərindən biri məhz  budur. 
Bu yazıda gətirilən  faktlardan da aydın olur ki, 70-ci illərə gədər Azərbaycan  xalqının başbilən siyasətçiləri bu məsələlərə diqqət  yetirmədiklərindən facıələr və soyqırımlar yenidən baş verib.
          Erməni siyasətbazları  Türkiyəni genosid siyasəti yeritməkdə ittiham etsə də,  faktlar bunun əksini təsdiqləyir.
Daşnak partiyasının rəsmi orqanı olan "Azadamard"    qəzetinin verdiyi məlumata görə,  1985-ci ildə Türkiyədə 150 min nəfər erməni yaşamışdır (bax: "Azadamard",  1993-cü il, 6-I2 avqust N 3012). Göründüyü kimi, Türkiyədə ermənilərin kökü kəsilməyib,  əksinə, orada ticarət, ictimai iaşə, biznes sahəsində çoxlu erməni çalışır.  İndi yalnız İstanbulda erməni dilində 10-dan artıq gəzet və jurnal nəşr olunur.  Bunlar "Jamanak", "Mərmərə", "İho”,  "Apoyevmatini", "Külis", "Jbid", "Proseçe  78", "Surp prkiç", "Lraber", "Aqos" adlı qəzet  və jurnallardır. Maraglısı odur ki, "Lraber" və "Akos"  türkcə nəşr olunur. Bu iki qəzetin məqsədi türk oxucusunu erməni mədəniyyəti,  incəsənəti, siyasi hadisələri, kilsədaxili həyatı ilə tanış etməkdir. Bu gəzetlər  kilsə-dini ayinlər, milli ənənələr haqqında çoxlu materiallar dərc edir. 12 səhifəlik  "Akos"un 10 səhifəsi türk dilində, 2 səhifəsi erməni dilində nəşr  olunur. İstanbulda erməni patriarxlığı, 40-dan artıq erməni kilsəsi, onlarca  erməni məktəbi fəaliyyət göstərir. İstanbul universitetlərində çoxlu erməni  alimi çalışır. Bəs Ermənistanda? Hazırda orada bircə nəfər də olsa azərbaycanlı  qalmamışdır. Yüzilliklərin şahidi Toxmax göl qəbiristanlığını belə məhv  etmişdirlər. Faktlar təkzibolunmaz surətdə göstərir ki, qəsbkarlıq, təcavüz və  genosid siyasətinin təşkilatçıları erməni kilsəsi, daşnak partiyası,  icraçıları isə Ermənistan iqtidarıdır,  adlarını erməni tarixində əbədiləşdirmək arzusunda olan başkəsənlər, azərbaycanlı  uşaqları yalnız milli mənşəyinə görə diri-diri oda atıb yandıranlar, qocaların  başının dərisini soyanlardır....
  90-cı illərdə erməni millətçi  yazıçıları, incəsənət xadimləri, siyasətçiləri "milli azadlıq hərəkatı"  şüarını əllərində dəstəvüz edərək erməniləri yaşadıqları ölkələrdə, xüsusilə,  Türkiyədə dövləl quruluşuna qarşı üsyana və təxribata çağırırdılar. Qəsbkarlıq  tarixi təkrarlanırdı, çünki bu kimi çağırışlar XIX əsrin 70-80-ci illərində də  geniş vüsat almışdır. O zaman bu istiqamətdə  Raffi, M.Xrimlyan, Q.Srvandsyan, A.Toxmaxcyan və başqaları xüsusi fəallıq göstərirdilər.  Onlar Rusiyanın himayəsinə arxalanaraq kürdlər va aysorilərlə ittifaqda Türkiyəyə  qarşı çixış etməyin zəruriliyini önə çəkirdilər. Daşnak partiyasının ıdeoloqu  Q.Ardzruni yazırdı: "Ermənilərin  ümid bəslədiyi yeganə  dövlət Rusiyadır". Əgər Qərbi Ermənistan (yəni  Türkiyənin ərazisi) Rusiya ilə birləşdirilərsə, "bir nəçə ildən sonra ölkə  çiçəklənməyə başlayar". M.Mamuryan ermənilərin azadlığını silahlı mübarizədə  görür, Q.Çilingəryan vətən naminə qan tökməyin ülvıliyini təbliğ edirdi.  Raffinin "Samvel", "Davit bek" romanlarının qəhrəmanları da  bu ideya ilə yaşayırdılar. Onlardan biri deyirdi: "Ey atalar, ey  babalar... əgər siz bu kilsələrin yerində... qalalar tiksəydiniz, əgər siz bu  müqəddəs xaçların və qabların əvəzinə silahlar alsaydınız, əgər siz bizim bu məbədlərimizdə  ətirli buxarın əvəzinə barıt çəksəydiniz, indi bizim ölkə xoşbəxt  olardı". Başqa bir yerdə Raffi dəyirdi: "mən... tarixi  fakt üçün yox, məni məftun edən müasir hərəkat üçün yazıram".
Q.Patkanyan erməni  xalqının azadlığını onun qaldırdığı qılıncın ucunda görürdü, erməni qızını  xopdan qılınc tökməyə, cəbhəyə yollanıb qələbə çalmağa və azad qayıtmağa səsləyirdi.  H.Paronyan XIX əsrin 70-ci illərində "Tatron" məcmuəsinin səhifələrində  dərc etdirdiyi məgalələrində qeyd edirdi ki, insan hüquqlarını əldə etməyin və  saxlamağın birınci amili silahdır. Arsen Toxmaxçyan, o ölkəni, o vətəni və o  xalqı xoşbəxt hesab edirdi ki, onun övladları böyük məqsədlər naminə ölməyi  bacarır, bilirlər ki, onlar üçün ölmək həyatın başlanğıcıdır.Civaninin,  H.Tumanyanın, A.Arpiaryanın, Muratsanın, P.Proşyanın, H.Hovhannesyanın,  Q.Ağayanın və başqalarının əsərlərində də həmin ideya   təbliğ edilirdi.
Hovhannes Tumanyan şerlərinin birındə gənclərə müraciətlə yazırdı:
"Ey əzabkeşlər,  gəlirik,
Gəlirik silahlanaraq,
Azad gün, həyat  və sevinci
Sizin üçün gətiririk"
'70 ildən artıq bir müddətdə xalqlar dostluğunun yenilməz  qalası adllandırılan  SSRI-nin ınöhkəmləndirilməsi uğrunda mübarizənin ön sıralarında addımlayan, erməni siyasətçilərinin fəaliyyətinin  məxfı tərəfinə nəzər salaq. Sovet İttifaqı marşalı, iki dəfə Sovet İttifagı qəhrəmanı İvan  (Hovhannes) Xristoforoviç  Bağramyanın 1980-ci ildə Yerevanda "Hayastan" nəşriyyatında  çap olunmuş "Moi vospominaniya"   kitabının 21-ci   və 25-ci  səhifələrində deyilir:  "Mне 6ыло без малого 18 лет, я достаточно ясно понимал суть  сложившейся на Кавказском фронте общей военной обстановки и кровавых событий в Турции, ввергших,   как уже говорилось, весной 1915 года все население Западной Армении в пучину безысходного  горя. Я не мог оставаться в стороне от борьбы  против ненависгных врагов моего родного народа. При этом отчетливо понимал, что  только плечом к плечу с российским солдатом мне будет под силу сражаться против  турецких палачей".
"Весь  армянский народ был убежден в том, что Андраник всю свою сознательную жизнь посвятил самоотверженной  борьбе за освобождение родной Западной Армении от многовекового деспотизма  реакционных кругов  Османской Турции.
Весьма  знаменательно, что в составе дружины Андраника некоторое время героически  сражался против турок молодой Анастас Иванович  Микоян, а в рядах 6-й добровольческой дружины на Эрзерумском направлении  доблестно бился Гайк Бжишкян, впоследствии прославленный герой гражданской  войны, видный полководец Красной Армии, вошедший в историю под именем Гай. Уже тогда он отличался бесстрашием и командирскими  способностями".
Bu onu təsdiqləyir ki, Аzərbaycan xalqına qarşı törədilmiş soyqırımın arxasında mikoyanlar, baqramyanlar, şahnazaryanlar, osipyanlar...  olmuşlar. ХIХ əsrin 70-80-ci illərinin yazıçıları  ilə  ХХ əsrin 70-80-ci illərin erməni ziyalılaпnın, о сümlədən,  Silva  Kaputikyanın, Sего Хаnzadyanın,Vardges Petrosyаnın, Gevorq  Eminin, Zori Ваlауаnın, Leonid Qruntsun və başqalarının anlilürk fikirləri eynidir. Çünki onlaпn hamısı eyni erməni şovinizminin  kökü üstündə “boy atmışlar”.. Наlbuki biz öz soydaşlarımızın  taleyinə biganəlik üzündən Аzərbaycan  xalgına qarşı soyqırım barədə söz deməkdən  çəkimnişik, susmuşuq.
Nə qədər qəribə görünsə də Azərbaycan Sovet  Ensiklopediyasının səhifələrində Ermənistanda уаşауan azərbaycanlılar, onların sayı, yaşadıqları bölgələr və kəndlər haqqında  bircə kəlmə də yazılmayıb.Moskvanın Sovet Azərbaycanına təzyiqi buna imkan verməyib. Ensiklopediyalar çap olunan dövrdə SSRİ-də eyni ideologiya və eyni hökümət başçılıq etsə də, respublikalardan birinə bütün dünyada yaşayan ermənilər haqqında malumat vermək olardı, digərinə isə qonşu respublikada yaşayan öz soydaşları barəda yazmaq yasaq edilirdi.    
Erməni  Sovet Ensiklopediyasında bütün dünya ölkələrində yaşayan ermənilər, onların  bütün yaşayış məntəqələri haqqında, vaxtilə (hətta 4-5 nəfər erməni yaşamış məntəqələr daxil olmaqla), əhalisi, onun məşğuliyyəti,  kəndlərin təbiəti və koordinatları haqqında  miifəssəl məlumatlar verilmişdir. Azərbaycanda erməni ayağı  dəyən bütün yaşayış məntəqələri - çaylar, dağlar, dərələr haqqında Erməni Sovet Ensiklopediyasında  müfəssəl məlumatlar vardır. Hətta bir çox yaşayış məntəqələrinin tarixi ermənilərin xeyrinə təhrif  olunmuş halda verilmişdir. Məlumdur ki, Ensiklopediyalara düşən faktlar rnütləq həqiqət  kimi qəbul olunur, tədqiqatçılar dürüst məlumat axtarışında məhz  ensiklopediyalara ən etibarlı mənbə kimi üz tutur. Bu baxımdan Azərbaycan Sovet  Ensiklopediyasının erməni məsələsinə aid bir sıra məqalələri milli  maraqlarımıza cavab vermir, tarixi təhrif edir və gerçəklikdən  yayındırır. 
Erməni Sovet  Ensiklopediyasında Azərbaycanda yaşayan ermənilər haqqında geniş  ınaterial verilmişdir. Orada deyilir: "Ermənilər  Azərbaycanın indiki ərazisində qədim zamanlardan yaşayırlar.  Böyük Haykın Artsax və Utik quberniyaları ilə yanaşı,  ermənilər habelə Kür çayından şimalda və Kaspi  dənizinin cənub-gərb sahillərində  yaşayırdılar. Onlar kənd təsərrüfatı, sənətkarlıq və  ticarətlə məşğul olurdular. Azərbaycan  Rusiyaya birləşdikdən sonra diyarın ermənilər yaşayan sahələrində da mədəni həyat xeyli canlandı. Sənaye  Bakısının yüksəlişi ilə yanaşı ermənilərin də sayı artmış və şəhər Zaqafqaziyada ermənilərin ictimai-siyasi və mədəni mərkəzlərindən  birinə çevrilmişdir".  (Erməni Sovet Ensiklopediyası, I cild, səh.90).
“Ermənilər Azərbaycanın  indiki ərazisində qədim zamanlardan  yaşayırlar" cümləsi ilə erməni alimləri uzaq hədəfi vurur, demək  istəyirdilər ki, Azərbaycan ermənilərin qədim ərazisidir.  Qeyd etmək yerinə düşər ki, Erməni Sovet Ensiklopediyasının 1-ci cildi  1974-cü ildə, Azərbaycan Sovet Ensiklopediyasının(ASE) 1-ci cildi isə 2  il sonra - 1976-cı ildə çap olunub. Erməni Sovet  Ensiklopediyasının (ESE) I cildində Ermənistanda  azərbaycanlılar yaşayan kəndlər haqqında geniş məlumat verilib, azərbaycanlı  əhalinin miqdarı göstərilmişdir. Sonrakı cildlərdə isə bu kimi məlumatlar  yoxdur. Yəqin onlar ASE-nin cildlərini diqqətlə izləmiş,  orada Ermənistanda  azərbaycanlılar yaşayan kəndlər haqqında  heç bir məlumat olmadığından ESE-də də bu barədə yazmağı  lazım bilməmişlər. 
     Boyük Vətən  Müharibəsindən sonra azərbaycanlıların faciəsi  yenidən başlandı. Sovetlər birliyində vətənpərvərlik ruhunun alovlanmasına  xüsusi diqqət yetitildiyi şəraitdə Ermənistan SSR-də bu məqamdan məharətlə  istifadə olundu. Vətənpərvərlik pərdəsi altında qatı millətçilik, antitürk  çağırlşları vüsət aldı, başqa ölkələrə qarşı torpaq, ərazi iddialarına rəvac  verılirdi, daşnakların tarixi "qəhrəmanlıqlarına" dair onlarca  filmlər çəkildi "David bek", "Samvel",  "Pan takavar" kimi romanlar, qatı millətçilik ruhlu onlarca hekayələr,  şerlər toplusu çap olunmuşdur. Nəticədə Ermənistan SSR-də şovinizm ruhunun yüksəlməsi  ifrat səviyyəyə çatmışdır.
         Ermənilərin "mets yeğerni" adlandırdıqları 1915-ci il hadisələrinin  50-ci ildönümü yaxınlaşdıqca ərazi tələbləri, türklərə  qarşı iddialar yenidən baş qaldırdı. Xüsusilə, Krımın Ukrayna SSR-ə verilməsindən  sonra ekstremist tələblər geniş vüsət almışdır. 1962-1963-cü illərdə Ermənistan  KP MK bürosunda Azərbaycan və Türkiyəyə  torpaq iddiaları ilə əlaqədar məsələlər müzakirə  olunanda kuluarlarda gizli  söhbətlər gəzirdi  ki, SSRI Ali Soveti Rəyasət Heyətinin  sədri A.Mikoyan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR tərkibinə  verilməsi məsələsini N.S.Xruşşovun yanında qaldırmış, Xruşşov isə cavab  vermişdir ki, “kifayət qədər hərbi texnika ayırıb ermənilərin bir gecədə Dağlıq  Qarabağdan Ermənistana köçürülməsi barədə tapşırıq verə bilər”. Təbiidir ki, ölkə rəhbərinin belə kəskin rəaksiyası öz  müsbət təsirini göstərirdi. Lakin 1964-cü ildə N.S.Xruşşovun  hakimiyyətdən kənarlaşdırılması müvəqqəti sakitliyi pozdu. "mets  yeğerni", yəni "böyük qırğın"ın 50-ci ildönümünə hazırlıq  işləri genişləndi. Erməni versiyasına görə, 1915-ci  ildə Osmanlı imperiyasında guya "böyük qırğın"  baş vermiş, türklər  1,5 milyon ermənini girmışdır. Bu tədbirin keçirilməsi ərəfəsində həm xarici  ölkələrdə fəaliyyət göstərən daşnak partiyasının  həm də Ermənistan SSR rəhbərliyinin təbliğatı  eyni əlçatmaz hədəfə - "Böyük Ermənistan" mifinin  reallaşmasına yönəldilmişdir. Həm rəsmi dairələr, həm də kütlə tərəfindən irəli sürülən  tələb o idi ki, Gürcüstan SSR-in Boqdanovka rayonu, ona həmsərhəd olan bölgələrin, Azərbaycan SSR-nin Naxçıvan Muxtar  Respublikasının və Dağlıq Qarabağ Muxtar Vilayətinin əraziləri, Türkiyə Cümhuriyyətinin  böyük bir hissəsi - Qars, Ərdəhan, Trabzon, Qaren, Bitlis, Van vilayətləri Ermənistana birləşdirilsin.   Bütün əmək  kollektivləri, kolxoz və sovxozlarda, ali və orta məktəblərdə, hətta ibtidai  siniflərdə belə tədbirlər keçirilir, uydurma "mets yeğerni"n  50-ci ildönümünü erməni xalqının yekdilliyi və birliyi naminə yüksək səviyyədə keçirmək çağırışı səslənir, türklərə qarşı nifrət  hissi təlqin edən kinofilmlər nümayiş etdirilir, kitablar çap olunurdu.  Kütləvi mətbuat orqanları, radio və televiziya vasitələri ilə ermənilərin başqa  xalqlardan üstünlüyünü “sübut edən”  məgalələr  çıxır, verilişlər təşkil olunurdu. Yaşı əllini ötməyənlər belə türklərin  vəhşiliklərini  "gözləri ilə gördükləri"ni  deyirdilər. Televizor ekranlarından erməni xalqını türklərə qarşı mübarizəyə qalxması çağırışları səslənirdi. 
 İddia irəli sürülən ərazilərin xəritəsi  çap olunub divarlara  vurulur,  "Böyük yeğernin 50  illiyi", "İntiqam saatıdır", "Birliyə çağırır", "Bizim torpaglar və bizim qanımız",  "24/IV-1965" yazılmış plakatlar  yapışdırılırdı.
Yerevanda azərbaycanlıların poçt  qutularına təhqiramiz sözlər yazılmış kağız  parçaları salınırdı. Belə bir şəraitdə Ermənistanda yaşayan azərbaycanlıların  vəziyyəti dözülməz həddə çatmışdır. Yerevanda,  Ləninakanda, Kirovakanda, Qafanda avtobuslarda,  bazarlarda, ictimai yerlərdə azərbaycanlılar təhqir olunur, döyülürdü.  Xüsusilə 1965-ci ilin aprel ayında ehtirasların qızışması son həddə çatmışdır.
Yerevandakı M.F.Axundov və M.Əzizbəyov  adına məktəblərdə aprelin ikinci yarısında məşğələlər dayandırılmışdır. Azərbaycanlılara  bazara məhsul aparmamaq, Yerevanda bir neçə gün işə çıxmamaq tövsiyyə  olunurdu. 0 zaman Yerevan Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində  çalışan V.Muradyan azərbaycanlı əhalinin təhlükəsizliyini qorumaq sahəsində  xeyli iş görmüşdür. Lakin 1908-ci ildə Türkiyənin Ardvin şəhərındə anadan  olmuş, Rusiyada təhsil alıb boya-başa çatan Ermənistan KP MK-nın birınci katibi  Y.N.Zarobyan erməni millətçilərinin əlində girov vəziyyətinə düşdüyündən heç  bir əməli tədbir görə bilmirdi. Millətçilik psixozunun genişlənməsində o zaman  ali məktəblərin komsomol işçiləri, məsələn, S.Harutyunyan, S.Poqasyan xüsusi  canfəşanlıq göstərirdilər. Onların hər ikisi Ermənistanda azərbaycanlılara  qarşı törədilmiş son genosid dövründə Ermənistan KP Mərkəzi Komitəsinin birinci  katibi vəzifəsində işləmişdirlər.
1965-ci ilin  23-24-25 aprel günlərində Yerevanda sanki   insan seli axırdı. Millətçilik psixozundan qızışmış erməni əhalisi kiiçələrə  çixmış, uydurma genosid gurbanlarının xatirəsınə ucaldılmış memoriala doğru  axışırdı. Kütlənin önündə katalikosla birlikdə respublikanın rəhbərləri  addımlayırdılar. Kütlənin başı üstündə qara qumaşla örtülmüş rəmzi tabut  aparılırdı. "Böyük Ermənistan", "Qoparılmış ərazilər Ermənistana  qlaytarılmalıdır", "İntiqam, intiqam" sözləri yazılmış şüarlar  çoxluq təşkil edirdi. Təntənəli matəm yığıncağı keçirilən Opera və Balət təatrı  binası qarşısında çoxsaylı kütlə yığışmışdı. Təntənəli mərasimin  translyasiyası  zamanı tribunadan səslənən  bəzi yumşaq çıxışlar etnopsixoz vəziyyətinə çatmış qaragüruhu  qıcıqlandırmış, onlar binanın qapı-pəncərələrini  qırmış və hücuma keçmişlər. Respublikanın partiya və hökurnət rəhbərləri qaçıb  binanın hücumdan müdafiə zirzəmisində gizlənmiş və səhərə qədər orada girov  kimi saxlanmışdırlar. Katalikos Vazgen yığıncağı idarə etməyi öz üzərinə  götürmüşdü, bütün gecə radikal çıxışlar səslənmiş, radio ilə birbaşa  translyasiya olunmuşdur.
1965-ci il aprel hadisələri A.Mikoyanın  başçılıq etdiyi Kreml erməni lobbisinin   dəstəyi olmadan baş tutmazdi. Məhz onlara görə Moskva susmuş, kəskin  münasibət bildirməmış və heç bir ölçü götürməmişdir.  Yalnız Ermənistan KP MK-nın birinci katibi  Y.Zarobyan vəzifəsindən azad edilərək  1966-cı il fevral ayından SSRİ Elektrotexnika Sənayesi nazirinin müavini vəzifəsinə  təyin olundu. 
1982-ci ildə  "Oqonyok" jurnalı Dağlıq Qarabağı  Ermənistanın ən səfali guşələrindən biri adlandırmışdı. Azərbaycanda isə özlərini  bilməməzliyə vurub susmuşdular. Sero Xanzadyanın, Silva Kaputikyanın, Zori  Balayanın, Vardges Petrosyanın və onlarca başqalarının millətçilik, nifrət  ruhlu əsərləri ardıcıllıqla meydana çıxırdı. Şahen Mkrtıçyanın "Dağlıq  Qarabağın tarixi arxitektura abidələri" (Yerevan, 1985-ci il), Arqam  Ayvazyanın "Naxçıvanın memorial abidələri və relyefi" (Yerevan,  1987-ci il) iri həcmli kitabları çapdan çıxmışdı. Hər iki kitabda Naxçıvanın və  Dağlıq Qarabağın Azərbaycan SSR ərazisi olduğu barədə bircə kəlmə də olsun  yazılmayıb. "Naxçıvanın məmorial abidələri və relyefi" kitabinda isə  deyilir: "Tarixi Ermənistan va onun vilayəti olan Naxçıvan bir çox zəngin  mədəniyyət ənənələri, yazı və yazı mədəniyyəti, ədəbiyyat, arxitektura və tətbiqi  incəsənətin ocağı olmuşdur" (səh.125). Hələ bundan xeyli əvvəl erməni millətçiləri  İttifaq miqyasında Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi göstərməyə  cəhd etmiş, heç bir müqavimətə  rast gəlmədiklərinə görə daha da həyasızlaşmışdılar.  Onlar rus ziyalıların imkanlarından da məharətlə istifadə edirdilər. "Календарь  врача"da (1963-cü il), N. V. Voronsovun "Монументальная скульптура"  (l984-cü il) kitabinda, habelə "Основы советского государственного права"  (1987-ci il) dərsliyində Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanın tərkib  hissəsi kimi göstərilmişdi. 
       1988-ci  ilin may, iyun aylarında Ermənistan televiziyasında göstərilən qondarma süjetlər antiazərbaycan  isteriyasınının  gücləndirməsinə yönəldilmişdir.  Şuşa şəhəri milis şöbəsinin qarşısında yerləşən Vəzirov küçəsindəki 7 nömrəli  binanın 20-ci mənzilinin içərisində  onlarca  iri daşlarlı göstərən aparıcı həyəcanlı səslə   deyirdi ki, vəhşi azərbaycanlılar bu evi daşqalağa tutmuş, milis idarəsi  isə kömək etməmişdir.
Həmin il İyunun 20-də  televiziyada gostərildi ki, Masis rayon xəstəxanasında yatan 35 qadın işlədiyi  tikiş fabrikində azərbaycanlı fəhlə tərəfindən zəhərləndirilib xəstəxanaya  düşmüşlər. Həmin verilişdən bir neçə saat sonra Masis qəsəbəsində isteriya  halına düşmüş erməni əhalisi əlindən tərpənmək mümkün deyildi. Hətta Yerevandan  avtobuslarla yüzlərlə "boyevik"lər gəlmişdi. Mitinq iştirakçıları türkləri  Ermənistandan çıxarmağı tələb edirdilər. Bu həmin günlər idi ki, Masis  rayonunun azərbaycanlı əhalisinin çoxu evlərindən qovularaq Rəncbər kənd sərhəd  zastavasında sığınacaq tapmışdı. Bu verilişlərın təşkilatcısı o zaman Ermənistan  Təleviziya və Radio Verilişləri Komitəsinin sədri S.Poqosyan idi. 0,hələ 1965-ci ildə  antitürk tələbə çıxışlarının təşkilatçılarından olmuş, sonralar Ermənistan KP  MK-nın birınci katibi vəzifəsınə səçilmişdir.
Malumdur ki,  Qorbaçov Stavropolda işləyərkən erməni mafioz qruplarına himayədarlıq etmişdir  O dəfələrlə qeyd etmişdir ki, Stavropolda onun çoxlu erməni dostları olmuşdur.  Orada Qorbaçovla birlikdə işləyən Markaryantsın Ermənistan SSR Nazirlər  Sovetinin sədri vəzifəsinə, onlarca erməninin Kremlə yüksək vəzifələrə irəli çəkilmələri  ermənipərəstlikdən xəbər verirdi.
Şahnazarov,  Ağanbekyan, Brutens, Xaçaturyan kimi erməni siyasətbazlarının Qorbaçovun ətrafına  toplaşması və onun ən yaxın məsləhətçiləri olması mühüm rol oynayırdı. Ermənistanın və  Dağlıq Qarabağın erməni icması nümayəndələrinin Kreml kabinetlərində tez-tez gəbul  olunmaları, ermənilər tərəfindən Heydər Əliyevin əlehinə uydurma azərbaycan  adları ilə yazılmış ərizələrin Qorbaçova çatdırılması bu fikri təsdiqləyir.  ABŞ-a səfəri zamanı erməni lobbisinin Qorbaçova və arvadına giymətli hədiyyələr  verməsi, bu epizodun Moskva və Yerevan təleviziyası ilə dəfələrlə göstərilməsi  təsadüfi deyildi. Bu ictimai fikrə təsir göstərmək üçün düşünülmüş aksiya idi.  Qorbaçovun SSRİ prezidenti seçilməsini reallaşdıran akademik Osipov (Osipyan) olmuşdu. SSRI Ali Sovetinin sessiyasında  səsvermə komissiyasının sədri olan Osipovun qələm hesablamaları Qorbaçovun qələbəsini  təmin etdi. 
Zori Balayan, Silva  Kaputikyan, Viktor Hamparsumyan istədikləri vaxt Qorbaçovun qəbuluna düşürdülər.  Halbuki Noyemberyandan olan Sosialist Oməyi Qəhrəmanı qaçgın Mərzə  Mustafayevanı, Vedidən Ali Sovetin dəputatlarını, qəhrəman anaları Kremlin həndəvərinə  belə buraxmırdılar.
