 
         
         
         
         
         
            


6-cı cədvəldən göründüyü kimi, 1918-ci il ərəfəsində Ermənistanın hazırki ərazisində 1349, 1931-ci ildə 1242, 1986-cı ildə 957 kənd qeydə alınmışdır. Yalnız 1918-20-ci illərdə daşnakların hakimiyyəti dövründə, ümumiyyətlə, 107 kənd, 1931-ci illə 1986-cı illər arasında isə 285 kənd azalmışdır. Lakin 1918-20-ci illərdə azərbaycanlılar yaşayan l 95 kənd, 1931-ci illə 1986-cı illər arasında isə 295 kənd sıradan çıxmışdır. Deməli, azərbaycanlılar qovulan kəndlərdə ermənilər məskunlaşmışdır.
Ümumiyyətlə, Rusiya imperiyasının dağılması ərəfəsində Ermənistanın hazırki ərazisində 1349 kənddən 608 kənddə (45 faiz) azərbaycanlılar, 560 kənddə (41,5 faiz) ermənilər, 115 kənddə (8,5 faiz) kürdlər, 66 kənddə (4,9 faiz) ruslar və başqa millətlərin nümayəndələri yaşamışlar. Yalnız 1828-1829-cu illərdəki köçürülmə zamanı İrəvan quberniyasında əvvəllər azərbaycanlılar yaşayan 208 kənddə ermənilər məskunlaşmışdır. Bununla əlaqədar geyd etmək vacibdir ki, İrəvan xanlığının Rusiyaya birləşdirilməsi ərəfəsində buradakı 526 kənddən yalnız 63-də ermənilər yaşamışlar.
Beləliklə, 1918-ci il ərəfəsində  azərbaycanlılar yaşayan kəndlər ərazinin 50-55  faizini, ermənilər yaşayan kəndlər isə 30-35 faizini  əhatə etmişdir. Kəndlərın  sayının çox olmasına baxmayaraq, erməni əhalisinin  əksər hissəsi Ararat vadisinin və  Şoragəlinin (Aleksandropol qəzası) məhdud bir sahəsində yerləşmişdir.
Ermənilərin Ararat vadisi ərazisində toplanması  Sovet dövründə də davam etmiş, burada yaşayan azərbaycanlılar deportasiya edilmişdir. Ermənistan SSR ərazisinin 26,7 faizini  təşkil edən Ararat vadisi ərazisində 1986-cı ildə respublika əhalisinin  58,8 faizi toplanmışdır. Bu bölgədə 1916-cı ildə azərbaycanlılar 114 kənddə yaşayırdılar. 1986-cı ildə bu rəqəm 11-ə  enmişdir.
7-ci cədvəldə azərbaycanlılar  yaşayan kəndlərin istilasının dinamikasını, 8-ci cədvəldə verilən faktlar isə  azərbaycanlılara məxsus ərazilərin zəbt edilməsini göstərir.
Sevan gölünün 141  min hektar sahəsi rayonlar üzrə bölünmədiyi üçün bu cədvələ daxil edilməyib. Cədvəldəki  rəqəmlərdən aydın olur ki, İran və Türkiyədən ermənilərin köçürülüb İrəvan  xanlığı ərazisində yerləşdirilməsi  ilə azərbaycan  əhalisinin kəndlərinin və torpaq sahələrinin zəbti başlanmışdır.     
    1826-1828-ci illər Rusiya-.lran  müharibəsi zamanı İrəvan xanlığının ərazisində azərbaycanlılar yaşayan 420 kənd  bütünlüklə dağıdılmışdır. 1828-ci ildə həmin ərazidə azərbaycanlılar yaşayan  254, qarışıq 25, ermənilər yaşayan 38 kənd qalmışdır. 1828-1872-ci illərdə azərbaycanlılar  yaşayan 146 kəndi ermənilər zəbt etmiş, azərbaycanlılar yaşayan daha 15 kənddə  məskunlaşmışlar. 1873-cü illə 1914-cü illərdə bu proses səngimişdir. Lakin  daşnak hökumətinin fəaliyyət göstərdiyi 1918-1920-ci  illərdə azərbaycanlılar yaşayan 208 kənd dağıdılmış, əhalisi məhv edilmişdir. Yalnız qeyd olunan iki il ərzində ermənilər  azərbaycanlılar yaşayan 157 kəndə bütünlüklə, 67 kəndə isə qismən sahib  olmuşlar. 1931-ci illə 1988-ci il arasında bütünlüklə azərbaycanlılar  yaşayan 61 kəndi, ermənilərlə birlikdə azərbaycanlıların yaşadığı 104 kəndi zəbt  etmişlər. 1988-ci ilin sonunda isə qalan 72 kənd ermənilər tərəfindən zəbt  olunmuşdur. 1989-cu il yanvarın 1-nə həmin ərazidə bircə nəfər də olsun azərbaycanlı  qalmamışdır.
Kəndlərin zəbti onlara məxsus olan torpaq sahələrinin də  zəbt olunması demək idi. İrəvan  xanlığının Ermənistan SSR yaradılan ərazisi 1380600 hektar təşkil etmişdir.  1828-ci ildə ermənilər yaşayan kəndlərin ərazisi 46515 hektar, ümumi sahənin  3,37 faizi qədər olmuşdur. Azərbaycanlılara məxsus olan ərazi isə  1334085 hektar, ümumi ərazinin 96,63 faizi qədər olmuşdur. Ermənilər 1828-ci illə 1873-cü il  arasında azərbaycanlılara məxsus olan 408 min hektar (29,6 faiz), 1918-1920-ci illər arasında 633 min  hektar (45,79 faiz), 1931-ci illə 1986-cı illə arasında 160 min hektar (31,64  faiz), 1988-ci ildə isə qalan 131 min hektar (9,60 faiz) ərazini zəbt etmişlər.  1988-ci ildə zəbt edilən kəndlər aşağıdakı rayonlarda idi: Ararat (Vedi) rayonunda 4 kənd (2950 hektar ərazi), Vardenis (Basarkeçər) rayonunda 33 kənd  (101100 hektar), Hrazdan (Axta) rayonunda qarışıq kəndlər (1030  hektar), Əzizbəyov rayonunda 8 kənd (6400 hektar), Yeğeqnadzor(Keşişkənd) rayonunda 15 kənd (8560 hektar), Masis (Zəngibasar) rayonunda 12 kənd  (11400 hektar).
