 
         
         
         
         
         
            


1988-ci ildən bəri Ermənistanda yaşamış azərbaycanlılar,  onların sayı, inzibati-ərazi bölgüləri üzrə yerləşməsi haqqında çap olunmuş məqalələr  və kitablarda ilkin məxəzlər bilərəkdən “unudulmuş” və müəlliflər  uydurma, əsassız rəqəmlər gətirmişdirlər. Onların  əsas məxəzi 1926 ildə ilk dəfə çapdan çıxmış Böyük Sovet Ensiklopediyasıdır.   Söhbət həmin nəşrin 3-cü cildində işıq üzü  görmüş, rus şərqşünası  V.Qurko-Kryajinin  "Erməni məsələsi" məgaləsindən gedir.
Həmin məqalədə deyilir: "Daşnakların Ermənistan  Respublikası müttəfiqlərdən Qars vilayətini, lrəvan quberniyasının 1918-ci ildə qəsb edilmiş hissələrini geri aldı ki, bu da Ermənistan ərazisinin 17500 ingilis kvadrat milinə,  əhalisinin 1510000 nəfərə (795000 nəfər erməni, 575000 nəfər müsəlman, 140000 nəfər  digər millət) çatmasına imkan verdi. Daşnaklar bununla kifayətlənməyərək,  Gürcüstanın tərkibindəki Axalkalaki və Borçalı ərazilərınə və Azərbaycanın tərkibindəki  Qarabağa, Naxçıvan diyarına, keçmiş Yelizavetpol quberniyasının cənub hissəsinə  yiyələnmək iddiasında olduqlarını bildirdilər. Həmin əraziləri zorla ilhaq etmək  cəhdləri (ingilislərın Zaqafqaziyanı işğal etdikləri dövrdə) Gürcüstanla  müharibəyə (dekabr 1918) və Azərbaycanla uzun, ganlı mübarizəyə səbəb oldu. Nəticədə  mübahisəli rayonların əhalisi 10-30 faiz azaldı və bir sıra yaşayış məntəqələri,  sözün əsl mənasında, yerlə yeksan edildi". 
Göründüyü kimi, məqalədə lrəvan quberniyasında, Zəngəzurda,  Qarabağda daşnaklar tərəfindən dağıdılmış azərbaycanlı kəndləri haqqında söz  açılmır. Əksinə, hadisələr elə qələmə verilir ki,   guya daşnak hökuməti  qonşuların təcavüzünə  məruz qalmış Ermənistan Respublikasının müdafiəsinə  qalxmışdır.
Bu da məqalənin ermənipərəst, antitürk mövqeyini  aşkarlayır. Daşnak partiyası  sovet quruluşuna zidd olduğuna görə tənqid edilsə də,  tarixi faktlar təhrif olunmuş, ağ yalan olaraq 1918-20-ci illər qırğınlarının səbəbkarı kimi Türkiyə, Azərbaycan, Müsavat  hökuməti göstərilmişdir.  
Ümumiyyətlə,  "Erməni məsələsi" məqaləsinin 1990-cı ildə 150 min nüsxə tirajla (Azərbaycan və rus dillərində) heç bir əsaslı şərh vermədən, Azərbaycanda ayrıca kitabça halında  çap olunmasına, "müəllif o qədər dəqiq və parlaq şəkildə yazmışdı ki..." kimi qiymətləndirilməsınə  ehtiyac yox idi. Hər halda məqalədə gətirilən faktlar  və fikirlər belə bir nəticə çıxarmağa əsas vermir.  Məsələn,  "Daşnak  partizanlarının möhkəm qərar tutduqları  Qarabağda xüsusilə amansız mübarizə gedirdi: yalnız Müsavat hakimiyyətinin süqutu və Bakıda Sovetləşmə (27.IV.1920) Qarabağ ermənilərini tamamilə məhv olmaqdan xilas  etdi".
Müsavat  partiyası haqqında məqalədəki bu fikirlə Erməni  Sovet Ensiklopediyasının yazdığı üst-üstə düşür: "Azərbaycanda  müsavatçıların və Ermənistanda daşnakların hakimiyyəti  dövründə (1918-20) iki ölkə arasında münasibətlər  ciddi surətdə kəskinləşmişdi. Ərazi ixtilafları üzündən silahlı  toqquşmalar baş verdi. Azərbaycanın Müsavat hökuməti öz silahlı qüvvələrinin 34-nü Ermənistanla sərhəd rayonlarında mərkəzləşdirmişdi. Azərbaycanda erməni əhalisinin  qırğını, talanı baş verdi. Qarabağda 1920-ci ilin yayında  Şuşa xarabalıqlara çevrildi, bir çox erməni kəndləri yerlə yeksan olundu,  əhali məhv edildi" (Erməni Sovet Ensiklopediyası,  8-ci cild, səh.88).
"Erməni məsələsi"ndə  oxuyuruq: "Elə 1917-ci ilin yayında Tiflisdə kəndlilərin  qurultayında ermənilər əleyhinə gürcü-müsəlman ittifagı müəyyənləşdi...".  "1918-ci ildə Zaqafqaziya Respublikası üç dövlət qurumuna - Gürcüstan, Azərbaycan  va Ermənistan respublikalarına bölünəndə Ermənistan  türklərin özbaşınalığı altına düşdü...".
"Ermənistanın sərhəd boyunca yaşayan əhalisi türk  qoşunlarının təkrar basqınları zamanı ağır itkilərə məruz  galdı. Qars və İrəvan  vilayətlərinin, Azərbaycanın erməni əhalisi xüsusilə zərər çəkdi...".  "Bu güclü divandan sonra Türkiyə Ermənistanı əslində  ermənilərsiz qaldı". "Beləliklə, daşnakların Ermənistan Respublikası sahibsiz  qaldı: Qərb imperialistləri var-yoxdan çıxmış  miskin Ermənistanı yenidən taleyin felinə buraxdılar".
Bu kimi əsassız  fikirləri açılmış arxiv sənədləri ifşa və təkzib edir. Faktlar sübut edir ki,  heç vaxt daşnak va Sovet Ermənistanı "taleyin felinə" buraxılmayıb. Həmişə Rusiyanın,  Avropa ölkələrinin, ABŞ-ın, sonra isə SSRİ-nin himayəsi altında inkişaf edib, qonşu ölkələrın ərazisini zəbt etmək xülyası  ilə yaşayıb. Yoxsa keçmiş SSRİ ərazisinin 0,13 faizini təşkil edən Ermənistan ekspansiya  mərkəzinə çevrilə bilməzdi.
Məqalədə  göstərilənləri indiki Ermənistanın ərazisinə şamil  etmək, əhalisini, ərazisini, kəndlərin sayını şişirdmək daşnakların  iddialarına cavab  verən və haqq qazandıran təzahürdür.
"Erməni  məsələsi" məqaləsində gətirilən rəqəmlərin mənbəyini araşdırarkən onları 1916-cı il yanvarın 1-nə olan rəsmi məlumatlarla tutuşdurduq. 1918-ci ilin məlumatlarına ona görə əsaslanmadıq  ki, həmin il Zaqafqaziyada cərəyan edən qanlı hadisələr ucbatından əhalinin  sayı haqqında mötəbər rəsmi məlumatlar dərc olunmamış,  təqribi rəqəmlər göstərilmişdir. 1918-ci ildə daşnakların Ermənistan Respublikası  adlandırdıqları, lakin heç bir dövlət tərəfindən  tanınmayan respublikanın əhalisi 1916-cı ildə aşağıda göstərilən kimi olmuşdur:
Buradan aydın olur ki,  1916-cı ilin rəsmi rəqəmləri ilə V.Qurko-Kryajinin  gətirdiyi rəqəmlər üst-üstə düşür. Əmələ gələn fərq 2 il ərzində əhalinin təbii artımının 1916-cı il rəqəmlərınə  əlavə olunmasının nəticəsidir. "Erməni məsələsi" məgaləsındə gətirilən faktlar Ermənistanın indiki ərazisınə  yox, Irəvan və Qars vilayətlərinin əhalisinin  cəminə aiddir. Bu rəqəmləri götürüb Ermənistanın hazırki sərhədləri  daxilındə yaşamış əhalinin sayı kimi verərək tarixi  təhrif etmək olmaz! Onda belə çıxır ki, Sürməli və Naxçıvan qəzaları, Naxçıvanın Şərur bölgəsi  1918-1920-ci illərdə Ermənistan Respublikasının ərazisi olub?! 
Erməni rəsmi məlumatlarında Ermənistan əhalisinin ən yüksək sayı 1913-cü il rəqəmləri ilə  göstərilir. Bu əsasda da baş verən dəyişikliklərə münasibət bildirilir. Rəsmi məlumatlara görə  Ermənistanın indiki ərazisində 1913-cü ildə bir milyon bir inin nəfər əhali  olmuşdur. Təbiidir ki, beş il ərzində əhali  50 faiz artıb 1milyon 510 min nəfərə çata bilməzdi. 1920-ci ildə isə Ermənistanın əhalisi 720 min nəfər olmuşdur. Bu azalmanın  səbəblərini erməni məxəzlərində bu cür əsaslandırırlar: "1918-20-ci  illərdə türk goşunlarının və başıpozuq grupların yeni qirğınları, aclıq va Rusiyaya kömək nəticəsində  Ermənistan SSR-nin indiki ərazisində əhalinin sayı azalmış və 1920-ci  ildə cəmi 720 min nəfər təşkil etmişdir" (Bax:  “Sovet Ermənistanı” məcmuəsi, səh.23. Yerevan, 1987).
Göründüyü kimi, Ermənistanda yaşayan  azərbaycanlıların daşnak hakimiyyəti dövründə  bütünlüklə qovulub məhv edilməsi barədə bircə kəlmə də olsun söz açılmır. Əslində əhalinin  280 min nəfər azalması azərbaycanlıların qovulması va məhv edilməsinin nəticəsində baş vermişdir. Məqalədə həqiqətin göstərilməməsi  ermənilər tərəfindən həyata keçirilən cinayəti ört-basdır etmək məqsədini  güdmüşdür.
Ermənistan SSR əhalisi  1922-ci ildə 781011 nəfər (ermənilər 85,98 faiz, türklər və iranlılar (azərbaycanlılar  -H.R.) 9,8 faiz, ruslar 2,45 faiz), 1926-cı ildə 881,3 min nəfər (o cümlədən ermənilər 84,3 faiz, azərbaycanlılar 10,01 faiz,  ruslar 2,5 faiz), 1939-cu ildə 1milyon 281 min nəfər (o cümlədən ermənilər 82,8  faiz, azərbaycanlılar 10,2 faiz, ruslar və ukraynalılar 4,4 faiz) təşkil etmişdir. (Bax: Böyük Sovet Ensiklopediyası, III  cild, 1926-cı il nəşri, səh.418-419. Böyük Sovet Ensiklopediyası, III  cild, 1950-ci il nəşri, səh.55).
Göründüyü kimi, azərbaycanlıların  xüsusi çəkisi təbii artım hesabına artıb ermənilərın xüsusi çəkisinin artımını üstələmiş,  1922-ci ildəki 9,8 faizdən 1939-cı ildə 10,2 faizə  çatmışdır. Bu müddət ərzində ermənilərin xüsusi çəkisi  85,98 faizdən 82,8 faizə enmişdir. Bu kimi vəziyyət erməni-daşnak-kommunist iqtidarını  razı sala bilməzdi. Sonrakı hadisələr göstərdi  ki, ermənilər azərbaycanlıların sayının belə artmasının  qarşısını alrnaq üçün məkrli siyasətlərini ustalıqla davam etdirmişlər.
       Ermənistan SSR-də əhalinin sayı, milli tərkibi, kəndlərin miqdarı haqqında hesablamalar aparıb mühakimə  yürüdərkən belə bir üsuldan istifadə etmək  olar. 
Əvvəlcə İrəvan quberniyasına  aid olan faktlar götürülməli, sonra bu faktlardan heç vaxt Ermənistan SSR tərkibinə daxil olmadan Naxçıvan və Sürməli qazalarına, Şərur-Dərələyəz  gəzasının Şərur bölgəsinə aid olan faktlar çıxarılmalıdır. Beləliklə, İrəvan  quberniyasından Ermənistan SSR-ə keçən əraziyə aid faktlar alınacaq. Sonra bu  faktlara 1920-ci ildən Ermənistan SSR-ə birləşdirilən aşağıdakı bölgələrə aid  olan faktlar əlavə edilməlidir. Bu bölgələr aşağıdakılardır: Qazax qəzasının İcevan,  Dilican, Krasnoselsk, Şəmşəddin rayonları, Tiflis quberniyasının Lori-Pəmbək  bölgəsi, Tumanyan, Stepanavan, Kalinino, Noyemberyan rayonları, Qars vilayəti  Ağbaba bölgəsindəki Amasiya rayonu; Yelizavetpol quberniyası Zəngəzur qəzasından  Qafan, Gorus, Sisyan, Meğri rayonları. Bir sıra müəlliflər Zəngəzur qəzasını  bütünlüklə Ermənistana aid edirlər. Bu, tam  yanlışdır, çünki qəzanın tərkibində olan Laçın, Qubadlı, Zəngilan rayonları Azərbaycan  ərazisidir
Ermənistan dedikdə  1920-ci il noyabrın 29-dan etibarən Ermənistan SSR adlanan ərazi nəzərdə  tutulur ki, rayonlar üzrə bölgüsü aşağıdakılardır: Keçmiş İrəvan  quberniyasının Irəvan, Eçmiadzin, Nor-Bayazet, Dərələyəz,  Aleksandropol qəzalarının əhatə etdiyi rayonlar (Qərbi Azərbaycan ərazilərinə  sonradan verilən müasir erməni toponimlərini sadalayırıq:Kotayk, Artaşat,  Eçmiadzin, Əştərək, Hoktemberyan, Abaran, Masis, Talin, Araqats, Bağramyan,  Hrazdan, Sevan, Kamo, Martuni, Vardenis, Yeğeqnadzor, Vayk, Axuryan, Artik,  Quqark, Spitak, Ani, Nairi, Qukasyan; Qars vilayətındən ilhaq olunmuş Amasiya  rayonu, Yelizavetpol quberniyası Zəngəzur qəzasının Qafan, Gorus, Sisyan, Meğri  rayonları, Qazax qəzasından lcevan, Krasnoselsk, Şəmşəddin rayonları,  Gürcüstandan Ermənistana verılmiş Taşir, Tumanyan, Stepanavan, Noyemberyan  rayonları.
Ermənistan dedikdə bu  ərazi dairəsindən kənara çıxmaq sırf falsifikasiya deməkdir!  Bununla əlaqədar xüsusi vurğulayırıq ki,  "Erməni məsələsi" məqaləsində göstərilən  ərazi, kəndlərin miqdarı da  Ermənistana  deyil, bütünlüklə İrəvan quberniyası və Qars vilayətınə aid olan ərazilərın cəmidir.
İrəvan quberniyasının ərazisi 23194,79 kv.verst və ya  26397,06 kv.kilometr, Qars vilayətınin ərazisi isə 16466,15 kv.verst va ya  18739,46 kv.kilometr, hər ikisinin ərazisi birlikdə 39660,94 kv.verst və ya  45136,52 kv.kilometr təşkil etmişdir ki,  bunları da ingilis kvadrat milinə çevirdikdə alınan rəqəm V.Qurko-Kryajinin məqaləsində  göstərilən sahəyə bərabər olur.
Qeyd: 1918-ci ilə nisbətən 1931-ci ildə Eçmiadzin qəzasında yaşayış məntəqələrinin artması əvvəllər İrəvan qəzasına daxil olan Zəngibasar rayonunun bütünlüklə Eçmiadzin qəzasına daxil edilməsi səbəbindən olmuşdur.
