 
         
         
         
         
         
            


 Yuxarıda adları çəkilən 5 qəzadan  - Aleksandropol, Nor-Bayazet, Eçmiadzin,   İrəvan, Şərur-Dərələyəz - qəzalarından  başqa Yelizavetpol quberniyasına daxil olan Zəngəzur  gəzası (sonralar Qafan, Sisyan, Gorus, Meğri rayonları), Qars vilayətinə daxil  olan Ağbaba bölgəsi (sonralar Amasiya rayonu), Tiflis quberniyasına daxil olan  Lori-Pəmbək bölgəsi (sonralar Alaverdi, Stepanavan, Kalinino, Noyamberyan  rayonları), Yelizavetpol quberniyası Qazax qəzasının Dilican dərəsi (sonralar Şəmşəddin,  İcevan, Dilican rayonlarının ərazisi, habelə Krasnoselsk rayonu Axstafa  (Gedikçay hövzəsinin azərbaycanlılar yaşayan kəndləri) birləşdirilərək Ermənistan  Sovet Sosialist Respublikası təşkil edildi.
     Azərbaycanlılar yaşayan yeni bölgələrin  Ermənistan SSR-ə birləşdirilməsi həmin ərazidə azərbaycanlıların sayına təsir  etməyə bilməzdi. Bələ ki, müasir sərhədlər daxilində yaşayan azərbaycanlıların  sayının 1916-cı ildə 333 min nəfərdən çox olduğu müəyyənləşdirilmişdir.
(4-cü cədvəldə bu barədə geniş məlumat verilir).
  Ümumiyyətlə, hazırki sərhədlər daxilində Ermənistan əhalisi 1831-ci ildə 161,7  min nəfər, 1879-cu ildə 797,9 min nəfər, 1913-cü ildə 1000,1 min nəfər, 1920-ci  ildə 720 min nəfər, 1922-ci ildə 782 min nəfər, 1926-cı ildə 881,3 min nəfər  olmuşdur. 1926-cı il əhalinin siyahıyaalınması göstərmişdir ki, həmin ərazidə  84,5 min nəfər azərbaycanlı əhali yaşamışdır. Azərbaycanlıların xüsusi çəkisi  9,5 faizə enmişdir. Bunların 60 min nəfərə yaxını 1920-ci ildən sonra əvvəlki  yurdlarına qayıdanlar idi.
  Ermənistanın hazırki  sərhədləri daxilində azərbaycanlıların  1916-cı ildə 333 min nəfərdən 1926-cı ildə 84,5 min nəfərə enməsi  göstərir ki, ermənilərin 1918-20-ci illərdə  lrəvan quberniyasında törətdikləri soyqırım  Zəngəzur qəzasından  və digər bölgələrdən də yan kəçməmişdir. Deməli, ermənilər tərəfindən  planlaşdırılıb həyata keçirilən qenosid siyasəti nəticəsində  azərbaycanlıların   itkisi 260 min nəfərdən çox olmuşdur. Ona görə də belə naticəyə gəlirik ki, 1916-26-cı illər  arasında azərbaycanlı əhalinin artımı ən azı 10-12 min nəfər ola bilərdi. Bu rəqəm  1926-cı ildəki mövcud saydan çıxarılıb tələf olanların və qaçqınların sayına əlavə olunmalıdır. Göstərilən rəqəm və faktlardan aydın olur ki, həqiqətən də  müasir sərhədlər daxilində o zaman Ermənistanda əhalinin sayı 280 min nəfər  azalmışdır. Bunu heç kim, hətta ermənilər də inkar etmir. Lakin onu qeyd  edirik ki, Ermənistan rəsmi məlumatlarında bu azalma başqa yerə yozulur, gödtərilir  ki, əhalinin bu qədər azalması "1918-1920-ci illərdə türk qoşunlarının və  başıpozuq qrupların təşkil etdikləri yeni qırğının nəticəsində baş  vermişdir". (Bax:  Erməni Sovət Ensiklopediyasının “Sovet Ermənistanı” cildi, səh.23).
  Bu, tamamilə yalandır, ermənilər tərəfindən  azərbaycanlıların başına gətirilən vəhşiliyin üstünü ört-basdır etməkdir. Yuxarıda  qeyd olunan və  aşağıda qəzalar və  rayonlar üzrə əhalinin sayı barədə verilən 5-ci cədvəldə göstərilən rəgəmlərdən aydın olur ki, Ermənistanın  müasir sərhədləri daxilində azərbaycanlıların sayı o zaman 260 min nəfərdən çox  azalmış, bu da əhalinin azalmasının ümumi sayına uyğun gəlir. Deməli, o zaman erməni  əhalisi azalmamış, əksinə ermənilər azərbaycanlı əhalini qırmış,  qovmuş, kəndlərini dağıtmışdır. Erməni  rəsmi sənədlərində isə ümumi  əhalinin  azalmasını ermənilərin azalması kimi göstərmişlər. Əhalinin azalması azərbaycanlılara  qarşı törədilən genosid siyasətinin icrası sayəsində baş vermişdir!               
 
4-cü cədvəldəki rəqəmlər Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti  yaratmaq naminə azərbaycanlılara qarşı törədilən soyqırımın təzahürüdür. Bu  faktlar rəsmi dövlət sənədlərində əks olunmuşdur. 
Məlumdur  ki, Azərbaycan silah gücünə Rusiyaya birləşdirildikdən sonra diyarda, xüsusilə, Bakıda  qeyri müsəlman əhalisi sürətlə artmağa başlamışdır. Humanist ruhda köklənmiş və hər zaman tolerantlılığı ilə  seçilən azərbaycanlılar gəlmələrin əmin-amanlıq şaraitində yaşamasına hər vachlə  imkan yaradırdılar. Məsələn, 1914-cü ildə Bakı şəhər polis bölməsi ərazisində  9281 nəfər daimi, 47875 nəfər müvəqqəti yaşayan, Balaxanı-Sabunçu polis bölməsi ərazisində isə 12694 nəfər müvəqqəti yaşayan erməni  olduğu qeydə alınmışdır.  Bakıda ermənilərin məskunlaşması əsasən neft sənayesinin inkişafi ilə əlaqədardır. 1828-1830-cu, habelə 1874-1875-ci illərdə İran və Türkiyədən  köçürülüb İrəvan quberniyası ərazisində,  Zəngəzur və Yuxarı Qarabağ bölgələrində  yerləşdirilmiş ermənilər öz maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün kəndlərdə mövsüm işləri qurtaran kimi müvəqqəti dolanışıq axtarışında olaraq Bakıya axışırdılar.  1914-cü ildə Balaxanı va Sabunçu ərazilərində müvəqqəti yaşayan 60 min nəfərdən çox erməninin olması bunu sübut edir.
Xüsusilə, 1920-ci ildən sonra ermənilərin Bakıya və digər bölgələrə axını  sürətlənmiş, Bakıda ermənilərin sayı 1970-ci ildə 207,5 min nəfərə, 1979-cu  ildə 215,8 min nəfərə çatmış, artım 1914-cü ildəki daimi yaşayanlara nisbətən  müvafiq surətdə 22,3 dəfə və 23,3 dəfə təşkil etmişdir. Halbuki bu müddət ərzində  Bakı şəhər əhalisinin artımı daimi yaşayanlara nisbətən 9,1 dəfə, 11,1 dəfə təşkil  edirdi.
Bakıda yaşayan ermənilərin xüsusi çəkisi 1914-cü ildəki 6,7 faizdən artıb  1970-ci ildə 16,4 faizə, 1979-cu ildə 14,1 faizə çatmış və başqa millətlərin  artımını üstələmişdir. Artıq onlar hər işə qatlaşmış zavallı əcdadlarımdan fərqli  olaraq nüfüzlu mövqeyə sahib olmuş,  əsasən  qazanc gətirən xidmət, ticarət, ictimai iaşə, yüngül və yeyinti sənayesi sahələrində,  dövlət aparatında, elmi və səhiyyə idarələrində yerləşmişdilər.
Ümumiyyətlə, Sovet guruluşu dövründə Azərbaycan SSR-də ermənilərin sayı və  xüsusi çəkisi artmış, 1926-cı ildə 282,1 min nəfər, 1959-cu ildə 442, l min nəfər,  1970-ci ildə 488,5 min nəfər, 1979-cu ildə 475,5 min nəfər olmuşdu. Bu rəqəm də  təkzibolunmaz surətdə sübut edir ki, Azərbaycanda və onun paytaxtında ermənilər  xüsusi qayğı ilə əhatə olunmuşlar, onlar heç vaxt sıxışdırılmamışlar.
Lakin Sovet Ermənistanında və Yerevanda azərbaycanlıların vəziyyəti  acınacaqlı idi. Faktlar göstərir ki, orada soydaşlarımız daim təzyiq altında  yaşamış, 1988-ci ildə isə ermənilər tərəfindən törədilən genosid siyasətinin  qurbanı olmuşlar. İrəvan xanlığının mərkəzi olan İrəvan  şəhəri əhalisinin sayına ötəri nəzər salaq. 1830-cu ilin əvvəlində İrəvanda  7331 nəfər azərbaycanlı, 2369 nəfər daimi yaşayan erməni əhalisi olmuş, azərbaycanlıların  xüsusi çəkisi 75,6 faiz təşkil etmişdir. Əslində soydaşlarımızın sayı daha çox  olmuşdur. Göstərilən rəqəm ikiillik müharibə zamanı şəhəri tərk etmiş azəriləri  əhatə etmir. Sonrakı illərdə İrəvanın erməni əhalisi təbii artım həsabına  deyil, köçkünlər həsabına artınış, azərbaycanlılar isə sıxışdırılıb  çıxarılmışdırlar. Belə ki, İrəvan xanlığı  Rusiyaya birləşdirildikdən sonra yalnız bir il ərzində İran və Türkiyədən  gətirilən 1763 nəfər erməni İrəvanda yerləşdirilmiş, beləliklə də 1931-ci ildə  azərbaycanlıların xüsusi çəkisi 63,9 faizə enmişdir.  
Yerevanda azərbaycanlıların sayı, xüsusi çəkisi 1914-cü ildən sonra kəskin  surətdə azalmış, 1914-cü ildəki 39,2 faizdən 1970-ci ildə 0,3 faizə enmişdir.  1988-ci ilin dəkabrından sonra isə şəhərdə, ümumiyyətlə, Ermənistanda bir nəfər  də olsa azərbaycanlı qalmamışdır. Yerevan şəhərində yaşayan azərbaycanlıların  sayını  əvvəlki illərlə müqayisə edərkən  nəzərə almaq lazımdır ki, 1950-ci ildən sonra hər il Yerevan Kənd Təsərrüfatı  Texnikumunda müxtəlif yerlərdən gəlmiş 600 nəfərdən çox azərbaycanlı tələbə təhsil  alırdı. Yerevan hərbi qarnizonunda 500 nəfərə yaxın azərbaycanlı əsgər qulluq  edirdi. Ümumi siyahıya daxil olan bu rəqəmlər  çıxarılsa şəhərdə azərbaycanlıların sayının 1970-ci ildə 1914-cü ilə nisbətən  7,1 dəfə azaldığı, xüsusi çəkisinin 0,2 faiz təşkil etdiyi aşkar olar. Halbuki  həmin müddət ərzində Bakıda ermənilərın sayi 22,3 dəfə artmış, xüsusi çəkisi  16,4 faizə gədər yüksəlmişdir.
Sovet  hakimiyyətinin yalnız ilk illərində milli mimasibətlərdə nisbi sakitlik yaranınışdı. Bu da qaçqınların  qayıtmasına, əhalinin təbii artımına təkan vermişdi. Məsələn, 1926-1931-ci illərdə  azərbaycanlı əhalinin mütləq artımı 22 min nəfər təşkil edib, 1931-ci ildə  106728 nəfərə çatmışdır. Yəni 5 il ərzində ümumi artım 26,3 faiz, orta illik  artım isə 5,5 faiz olmuşdu. 
