 
         
         
         
         
         
            


Məhz Andranikin və Qayın başçiliq etdiyi könüllü birləşmələri türk cəbhəsində  məğlubiyyətdən sonra lrəvan quberniyasına doğru üz tutmuş, yol boyu azərbaycanlılar  yaşayan bütün kəndləri dağıtmış, əhalinin xeyli hissəsini məhv etmişdir.  Yalnız 1917-ci ilin dekabrından 918-ci ilin mart ayına qədər İrəvan qəzasında 32 kənd (3015 ailədə  19005 nəfər), Eçmiadzin qəzasında 84 kənd (5493 ailədə 35784 nəfər), Nor-Bayazet  qəzasında 7 kənd (668 ailədə 4649 nəfər), ümumiyyətlə, 197 kənd dağıdılmışdır.  Sonrakı iki ildə faciə daha böyük miqyas almışdır. Bu haqda aşağıda geniş məlumat  veriləcək. Həmin dövrdə indiki Hoktemberyan, Eçmiadzin, Əştərək, Masis,  Artaşat rayonlarında yerləşən Kerimarx kəndində 1700 nəfərdən çox, Yuxarı Qarxun (Crarad) kəndinda  1300 nəfərdən çox, Uşi və Ucan kəndlərinin əhalisi  bütünlüklə erməni millətçi-talançılarının  qurbanı olmuşlar.
        Bu kitabın ikinci hissəsində Ermənistanda  azərbaycanlılar yaşamış kəndlərin əksəriyyəti haqqında qrsa məlumat verilir.  1831, 1905, 1914 və 1931-ci illər üzrə əhalinin   sayı göstərilir. 1905-ci və 1918-1920-ci il soyqırımlarından sonrakı illərdə  azərbaycanlıların sayının azalması  onların   vəhşiliklə qırılmasına dəlalət edir.   Məsələn, Talin rayonunda azərbaycanlılar yaşayan 18 kənddə 1914-cü ildə  5531 nəfər azərbaycanlı əhali olmuşdur. 1931-ci ildə siyahıyaalma zamanı yalnız  Pirtikan kəndində bir nəfər azərbaycanlı  galdığı qeydə almmışdır. Deməli, rayon ərazisində yaşamış azərbaycanlı ƏHALİNİN  HAMISI ermənilərin  törətdikləri genosid siyasətinin qurbanı olmuşdur.
   1918-ci ilin fevralında Ərzurumun müdafiəsinin  təşkili Andranikə tapşırılmışdı. Lakin türk qoşunlarının zərbəsinə tab gətirə  bilməyən Andranikin qoşun birləşmələri Sarıqamış-Qars-Aleksandropol istiqamətində  geri çəkilməyə məcbur olur, xeyli erməni əhalisinin köçürülüb İrəvan  qubernyasında yerləşməsini təşkil edir. Sonra Dilicana üz tutur, yol boyu yerləşən  azərbaycan kəndlərini darmadağın edir. Andranikin Dilicanda dincələn qoşun  birləşmələri 1918-ci il iyunun 1-də Dilican-Yelenovka (Sevan)  –Nor-Bayazet-Martuni-Dərələyəz istiqamətində hərəkət edərək iyunun 17-də  Naxçıvana çatır. Bu dəfə yol boyu yerləşən Rəhmankənd,  Bağli Hüseyn Saraclı, Hacı Muxan, Ağzıbir, Ayrıvəng, Başkənd, Alıçalı, Karvansaray,  Yanıx, Mədinə, Siçanlı, Xartluq, Çamırlı, Aşağı Alıçalı, Tüskülü, Sadanaxaç,  Böyük Məzrə kandləri və bir sıra digər yaşayış məntəqələri dağıdılır.  Andranikin qoşun birləşmələri ilə Türkiyədən gətirilən ermənilər bu kəndlərdə  yerləşdirilir.
Belə  ki,  Sevan gölünün şimal-qərb sahilində,  Sevan şəhərindən 9 km cənub-qərbdə, Sevan-Nor-Bayazet daş yolu üstündə yerləşən  Rəhman kəndində 1831-ci ildə  28 nəfər, 1906-cı ildə 479 nəfər, 1914-cü ildə  654 nəfər azərbaycanlı əhali olub. 1918-ci ildə isə kənd dağıdılıb, Qarsdan gətirilən  ermənilər burada yerləşdirilib. 1931-ci ildə həmin kənddə 339 nəfər erməni, cəmi  10 nəfər azərbaycanlı qeydə alinib. Qırğınlardan qurtulub qalan bu 10 nəfər də  qısa müddətdə kənddən sıxısdırılıb çıxarılıb. 
       Sevan-Nor-Bayazet yolu üstündə, Sevan şəhərindən  7 km məsafədə yerləşən Bağlı (Bağlı Hüseyn Saraclı) kəndində 1831-ci ildə 26 nəfər, 1873-cü ildə 356  nəfər, 1897-ci ildə 646 nəfər, 1906-cı ildə 658 nəfər, 1914-cü ildə 846 nəfər  azərbaycanlı əhalisi olub. 1918-ci ildə isə kənd bütünlüklə dağıdılıb.  Andranikin qoşun birləşmələri Dərələyəzdə, Naxçıvanda da azərbaycanlılar  yaşayan xeyli kəndləri dağıdıb, İranın Xoy şəhəri üzərinə hücuma keçib, lakin  türk qoşunlarının zərbəsinə tab gətirə bilməyərək geri çəkilib, Zəngəzura üz  tutub, burada da "Zəngəzur qırğını" kimi tarixə düşən, vəhşicəsinə  icra olunmuş qırğının ikinci mərhələsini həyata keçirib. Ermənilər özləri təsdiq  edirlər ki, "Andranik burada təqribən 30 min nəfər erməni qaçqınlarının  yerləşdirilməsini təşkil edib". (bax: Erməni Sovet Ensiklopediyası, I  cild, səh.392).
      Eçmiadzin qəzasına daxil olan indiki Eçmiadzin, Hoktemberyan, Əştərək, Abaran, Masis rayonları ərazisində  1916-cı ildə 41365 nəfər azərbaycanlı əhali yaşamış, 1926-cı ildəki siyahıyaalma  zamanı isə bu raqəm 3247 nəfərə enmişdir. Şübhəsiz  ki, əhalinin 10 il ərzində  32 min nəfərdən  çox azalması 1918-1920-ci illərdə törədilən qırğının nəticəsi idi.     
Qeyd  etmək lazımdır ki, Andranikin qoşun hissələri Zəngəzur-Bazarçay-Vedi-Eçmiadzin  yolu ilə qayıdarkən bu bölgədə yerləşən azərbaycanlılar yaşayan kəndləri yenidən  darmadağın etmiş, birinci qırğından qurtulanları da  soyqırım qurbanı etmişdir.
1914-cü  ildə Şərur-Dərələyəz qəzasında 58476  nəfər azərbaycanlı əhali yaşadığı halda, 1926-cı ildə onların sayı 5941 nəfərə  enmiş, yəni 52535 nəfər azalmışdır. Yalnız Əzizbəyov rayonunda azərbaycanlılar  yaşayan 26 kəndin adı silinmiş, ləğv edilmişdir. Vedi rayonu ərazisində isə  35-dən çox kəndə həmin tale nəsib olmuşdur. Eyni fəlakət Elizavetpol  quberniyası tərkibində olan Zəngəzur qəzasında yaşayan azərbaycanlıların da  qismətinə düşmüşdür.  
1918-1920-ci  illərdəki İrəvan quberniyasına daxil olan beş qəzada (bunlar Ermənistanın tərkibinə  daxil edilmişdir) azərbaycanlıların düçar olduqları faciənin miqyasını təsavvür  ətmək üçün rəqəmlərə müraciət edirik (3-cü  cədvəl).
