 
         
         
         
         
         
            


Azərbaycanlılar keçmiş Ermənistan SSR ərazisində dedikdə  Azərbaycan xalqının qədimdən yaşadığı ərazi, doğma ata-baba yurdu Qərbi Azərbaycan  - 1920-ci il noyabrın 29-dan üzü bəri olan dövrdə Ermənistan SSR, hazırda  Ermənistan  Respublikası adlanan dövlətin ərazisi nəzərdə  tutulur.
Məqsədimiz 1831-ci ildən bəri mövcud demoqrafik  statistika əsasında erməni ekspansionistlərinin azərbaycanlılara qarşı törətdikləri  genosid faktlarını gündəmə gətirmək, tarixçilərimizi bu məsələləri dərindən öyrənməyə  sövq etməkdir. Bu məlumatlara Irəvan quberniyası tərkibinə daxil olmüş Naxçıvan  və Sürməli qəzalarının əhalisi və kəndləri haqqında məlumatlar daxil edilməmiş,  çünki onlar Ermənistan SSR tərkibində olmamışdır. 1920-ci ildən sonra isə  Ağbaba, Lori-Pəmbək bölgəsi, Qazax, Zəngəzur qəzaları ərazilərindən Ermənistan  SSR tərkibinə daxil edilmiş ərazilərdə yaşayan azərbaycanlıların sayı ümumi məlumatlara  əlavə edilmişdir.
Azərbaycanlıların Ermənistanda yaşadıqları dövrü şərti  olaraq 3 mərhələyə bölmüşük ki, onların ayrı-ayrlıqda faciəli məqamları  bir-birindən fərqlənir. 
Birinci mərhələ Irəvan xanlığının süqutuna qədər - 1828-ci il fevralın  10-dək davam edərək 1826-I828-ci illər Rusiya-Iran müharibəsində İranın məğlubiyyəti  ilə, I828-ci il fevralın 10-da Türkmənçay müqaviləsinin bağlanması ilə başa  çatdı. İrəvan və Naxçıvan xanlıqlarının ərazisi bütünlüklə Çar Rusiyasının hakimiyyəti altına keçdi.
Sonra Çar Rusiyası dərhal Türkiyə ilə müharibəyə başladı. 1828-1829-cu illər müharibəsi Rusiyanın qələbəsi ilə nəticələndi. İki müsəlman dövləti  - İran və Osmanlı Türkiyəsi arasındakı  ziddiyyət hər iki dövlətin məğlubiyyətinə  gətirdi.
İkinci mərhələ  1828-ci il fevralın  I0-dan I917-ci il noyabr ayına qədər davam etdi.
Üçüncü mərhələ  19I7-ci  ilin sonundan tutmuş 1989-cu ili  əhatə edir.  1918-ci ildən 1920-ci il noyabrın 29-dək erməni  daşnak hakimiyyəti və bundan sonra I989-cu ilədək kommunistlərin hakimiyyəti dövrlərini  ona görə ayırmırıq ki, hər ikisinin müsəlmanlara qarşı yönəlmiş şovinist siyasətləri  heç nə ilə fərqlənmirdi. Birincilər açıq surətdə, ikincilər isə gizlində Azərbaycan  xalqına – azəri türklərinə qarşı soyqırım siyasəti yeridirdilər.
Hər üç mərhələnin qısa xarakteristikasını,  Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı barədə məlumatları rəqəmlərin  dili ilə təqdim edirik. 
